BİZNES

"Tax free" işə düşür
23 İYUN
260

"Tax free" işə düşür

2016-06-23 14:44:00

Azərbaycanda qeyri-kommersiya məqsədi ilə mal alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ödədikləri əlavə dəyər vergisi (ƏDV) ölkəni tərk etdikləri zaman onlara geri qaytarılacaq.

Fins.az "APA"ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib. Bildirilib ki, bununla bağlı Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilir. 

Məcəllənin 165.1.3-cü maddəsinə edilən dəyişikliyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisində əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ixracından ƏDV sıfır (0) dərəcəsi ilə tutulacaq.

Məcəlləyə əlavə edilən 165.3-cü maddəyə görə isə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Layihə Milli Məclisin sabah keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274