BİZNES

Gələcəyin milyonçuları üçün - İPUCLARI
21 İYUN
216

Gələcəyin milyonçuları üçün - İPUCLARI

2016-06-21 08:45:00

Şaquli deyil, horizontal karyeraya can at. Professional və öz fəaliyyət sahəndə əvəzedilməz ol. “General” rütbəsi üçün deyil, bütün döyüşlərdə qalib gəlmək üçün can at.

İstənilən nöqtədən, istənilən obyekti idarə etməyi bacar, hətta o sənə tabe olmasa belə. Məsələ tutulan vəzifə və edilən fəaliyyətdə deyil. Səlahiyyət, enerji, idarə səni lider edəcək, işə təsir etmək üçün real imkanlar qazandıracaq.

Uğursuzluqlara sevin. İstənilən məğlubiyyətdən müsbət cəhətlər çıxarmağı və onlardan istifadə etməyi bacarmaq lazımdır. Zərbəyə sinə gərməyi bacaran yoldan çıxmaz. Məhz uğursuzluq özünüzü daha yaxından kəşf etməyə imkan verir.

Hər kəsdən yeni bir şeylər öyrən. Hətta kiçik uşaq belə valideynlərini idarə etdikdə maraqlı üsullardan istifadə edir. Müşahidə apar, təhlil et, öyrən. Hər hansı yeni bilik əldə etməyə ehtiyacı olmayan heç bir insan yoxdur.

Qarşına sözün əsl mənasında böyük məqsəd qoy. Bu cəhət olmadan “böyük” menecer olmaqdan söz belə gedə bilməz. Adi Dassler idman dünyasının tərzini dəyişmək prosesinə adi və kiçik emalatxanadan başlamışdı. Hazırda “Adidas” brendi adı altında olan məhsullar bütün dünyada kifayət qədər populyardır.

Gileylənmə və heç kəsdən heç nə diləmə. İşgüzar insan ilk öncə daxili rifah üçün çalışmalıdır. Özünüzə hörmət etmək haqqında heç zaman unutmayın. Şəxsiyyətin zəginliyi – qiymətsiz kapitaldır.

Başqalarının maraqlarını həyata keçirməyi öyrən. Digərlərinin maraqlarını idarə etməyi bacarmaq lazımdır. Ən yaxşı partnyor ona sərfəli şərtlər təklif etdiyin şəxsdir.

Rəhbərlik etməkdən əlavə, tabe olmağı da bacar. İdeal tabe şəxs hər zaman öz rəhbərini idarə edər. Rəhbər isə belə tabe şəxsin qərarlarına hörmət edər və onun maraqları çərçivəsində hərəkət edər. Tabe olmağı bacarmadan, idarə edə bilməzsən.

Nəhayət, sənin gücün – sənin sahib olduğun komandandır. Bu cəhət əlavə şərhə ehtiyac duymur.

Mənbə: banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272