BİZNES

Pulları nəyə yatırmalı? - EKSPERT MƏSLƏHƏTİ
20 İYUN
608

Pulları nəyə yatırmalı? - EKSPERT MƏSLƏHƏTİ

2016-06-20 15:36:00

İnvestorlar  qarşıdakı 5-10 ildə onları nə gözləyəcəklərini bilmirlər. Ona görə də ən yaxşısı budur ki, öz aktivlərini bir neçə istiqamətdə işlətsinlər. Tanınmış isveçrəli investor və Gloom, Boom & Doom Report   investisiya bülüteninin təsisçisi Mark Faber investorlara öz kapitalları ilə necə davranmaları üçün öz təkliflərini açıqlayıb. O, qlobal böhran şəraitində depozitlər üzrə gəlirliliyin aşağı düşdüyü bir vaxtda,  həmçinin riski yatırımlar etmək istəməyən investorlara  məsləhətlər verib.

Bildirib ki, inbvestorlar pulılarını  daşınmaz əmlaka,  səhmlərə,  uzunmüddətli qiymətli kağızlara və qiymətli metallara qoysalar yaxşıdır. Bundan  başqa, hər bir investor öz portfelini  coğrafi  prinsiplərə görə də bölməlidir. İsveçrəli investor nümunə olaraq 1917-ci ildə Rusiya burjuasının  məruz qaldığı siyasi vəziyyəti  xatırladıb: “Bu ölkənin varlıları bütün pullarını yalnız Rusiya ərazisində saxladıqlarından   hamısnı itirdilər.

Bununla bərabər , ən stabil yatırım vasitəsi qızıl, gümüş və platinə qoyulan sərmayələrdir. Müxtəlif  ölkələrin valyutaları məhz bu qiymətli metallara görə dəyişirlər. Məsələn, 1999-cu ildə qızılın unsiyası $255-dən 2011-ci ildə  $1921 qədər yüksəldi. Sonra yenidən düşdü və hazırda $1300  səviyyəsindədir”. Qeyd edək ki, ilbəildən valyutalar   qızıla və digər qiymətli metallara  qarşı möhkəmlənirlər.  Ancaq  uzaq perspektivdə bankların siyasi hadisələrə həsaslığını və pulların emissiyasını nəzərə alsaq, məhz bu qiymətli metallar ən yaxşı yatırım vasitəsi olaraq qalacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274