BİZNES

Azərbaycandakı devalvasiyalar Türkiyənin bu ixracatçılarını vurub
20 İYUN
833

Azərbaycandakı devalvasiyalar Türkiyənin bu ixracatçılarını vurub

2016-06-20 15:02:00

Türkmənistan və Azərbaycandakı devalvasiyalar hər iki ölkəyə də xarici məkan bəzək bitkisi və kol bitkisi göndərən Türkiyənin bəzək bitkiləri ixracatçılarını vurub.

Fins.az "Marja"-ya istinadən xəbər verir ki, sektorun xarici məkan bəzək bitkisi və kol bitkisi qrupunun ən mühüm bazarları olan Azərbaycana ixracı 42,38% Türkmənistana ixracı isə 37,86% geriləyib. Ödənişləri almaq problemi də yaşayan Türkiyə ixracatçılarının, xüsusilə Türkmənistanda ciddi məbləğlərdə pullarının qaldığı bildirilir. Sektorun digər mühüm bazarı olan İraqdakı itki də 26,34%-ə çatıb.

İxracdakı azalmadan xilas olmaq üçün alternativ bazar axtarmaları üçün şansları olmadığını düşünən sektor nümayəndələri, edilməsi lazım olan ən önəmli şeyin böhranı fürsətə çevirmək olduğunu, məhsulda keyfiyyət və çeşid məsələsinə diqqət yetirilməsi lazım olduğunu vurğulayırlar. Sektor nümayəndələri ancaq bu şəkild Avropaya çıxa biləcəkləri fikirindədirlər.

Bəzək Bitkiləri İstehsalçıları Assosiasiyasının (SASBÜD) İdarə Heyətinin sədri Sinan Özatakan, istehsalın 10%-ni ixrac etdiklərini bildirərək, "Türkmənistan və Azərbaycandakı devalvasiyalar bu ölkələrin maliyyə vəsaitlərini əritdi. Böyümə və investisiya templəri səngiyib. Bu səbəblə xarici məkan bəzək bitkisi və kol bitkisi ixracımızın 70%-ni təşkil edən hər iki bazarda da sektor iflasa uğradı. Bəzi müəssisələrin Türkmənistanda pulu qaldı. Bu ölkələrdə alıcının böyük hissəsi dövlət olduğu üçün gözləmə vəziyyətinə keçdilər, ancaq işləri pis vəziyyətdədir. Xarici məkan bəzək bitkisində daxili bazardakı satışlar da yaxşı deyil" deyib.

Özatakan, devalvasiyanın təsiri ilə bərabər, hər iki ölkədə (Azərbaycan və Türkmənistan) son illər bəzək bitkisi istehsalı təsərrüfatlarının yaradılmasının da ixracata mənfi təsir etdiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272