BİZNES

Bakının ticarət mərkəzlərində - YENİLİK
20 İYUN
1546

Bakının ticarət mərkəzlərində - YENİLİK

2016-06-20 14:08:00

Azərbaycanda xarici vətəndaşlar üçün vergi güzəhtləri «TAX FREE»nin tətbiqinə başlanıb. Fins.az-ın məlumatına görə, xarici turistlərin Bakı mağazalarında etdiyi alış verişlərin ƏDV-dən azad edilməsini nəzərdə tutan TAX FREE xidməti paytaxtın bir neçə ticarət mərkəzində və ayrı ayrı brend mağazalarında işə düşüb. Bura Park Bulvar, Nərgiz Ticarət Mərkəzləri, Emporium və Grandezza mağazaları aiddir. Ümumilikdə fins.az-ın məlumatına görə, Bakıda TAX FREE xidməti 70-ə yaxın mağazalar tərəfindən göstərilir.

Eləcə də bax: «TAX FREE»yə hər mağaza qoşula bilməyəcək

Fins.az-ın məlumatına görə, Vergilər Nazirliyi ölkədə ilk dəfə olaraq TAX FREE xidmətinin başlanacağını ötən həftənin sonunda elan edib. Qeyd edək ki, bu xidmət işə düşəndən sonra Bakı mağazalarında 300 manatdan artıq alış-veriş edən turistlər ölkədən çıxarkən bu məbləğə tətbiq edilən ƏDB-ni (Hazırda 18% təşkil edir) geri ala biləcəklər.

Xüsusi olaraq «Xəzər TV»nin əməkdaşlarının nəzərinə: Bu məlumatdan hər hansı formada istifadə edərkən hökmən Fins.az-a istinad edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270