BİZNES

Azərbaycnda hansı sahəni inkişaf etdirmək lazımdır? – MÜZAKİRƏ
18 İYUN
528

Azərbaycnda hansı sahəni inkişaf etdirmək lazımdır? – MÜZAKİRƏ

2016-06-18 16:43:00

Azərbaycanda "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin ictimai müzakirələri davam edir. Növbəti belə müzakirə iyunun 18-də Xaçmaz şəhərində keçi rilib. Görüşdə Xaçmaz, Quba, Şabran və Siyəzən rayonlarının nümayəndələri iştirak edib. Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov, Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və ADA Universitetinin prorektoru Emin Hüseynov məruzə ilə çıxış ediblər.

İctimaiyyət nümayəndələri müzakirələrdə fəal iştirak edərək iqtisadiyyatın inkişafı ilə bağlı təkliflərini veriblər. Təkliflər əsasən aqrar sektor, ərzaq sənayesi, turizm, ictimai iaşə, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı olub. Qeyd edilib ki, bütün təkliflər sistemləşdiriləcək və müvafiq qaydada təhlil olunaraq nəzərə alınacaqdır.

Qeyd edək ki, Azərbaycanda bundan sonra aparılacaq iqtisadi siyasətin əsasını təşkil edəcək «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri» sənədi həm yerli, həm də beynəlxalq səviyyədə mütəxəssislər, qərar qəbul edən şəxslər və ictimaiyyətin bütün təbəqələri ilə müzakirə edilir. Görüşdə bildirilib ki, məhz buna görə, də «Yol xəritəsi» təkmil bir sənəd olacaq.

Xatırladaq ki, Xaçmazdakı müzakirələr Azərbaycan Prezidentinin İtqisadi islahatlar üzrə köməkçisi xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi birlikdə təşkil edib.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275