BİZNES

Tanınmış iş adamından uğurun sirri: İCLAS KEÇİRMƏYİN
18 İYUN
2137

Tanınmış iş adamından uğurun sirri: İCLAS KEÇİRMƏYİN

2016-06-18 10:46:00

ABŞ-ın üç böyük idman klubunun sahibi, məşhur milyarder Ted Leonsis, toplantıların, iş həyatında məhsuldarlığı aşağı salan ən mühüm amil olduğunu deyir.

Amerika peşəkar basketbol liqası NBA-nın uğurlu komandalarından "Washington Wizards"ın sahibi məşhur investor Ted Leonsis, uğurun sirrini iki kəlmə ilə izah edir: Yığıncaqlardan çəkinin.

Fins.az "Marja"ya istinadən xəbər verir ki, Leonsis "Mashable"ə verdiyi müsahibəsində, hər səhər beşdə oyandığını, bir neçə saat çox sürətli şəkildə çalışdığını, sonra etdiyi idmanla günə başladığını söyləyib. İş həyatı boyu çox toplantıya girməməsi lazım olduğunu öyrəndiyini qeyd edən Leonsis sözlərinə belə davam edib:

"Məncə, toplantılar məhsuldarlığı öldürən ən böyük şeydir. İclas keçirməyi, dəyirmi masalardan, forumlardan nifrət edirəm. Bitmək bilməyən danışmalar ilə deyil, nəticələrlə məşğul oluram".

Həyatda nail olması lazım olan 101 hədəfin yazılı olduğu bir siyahısının olduğunu deyən Leonsis, bu günə qədər 82 hədəfinə çatdığını deyib. Aşiq olmaq və ailəsinə vaxt ayırmaq qalan hədəflər arasındadır.

59 yaşlı investor, ilk şirkətini satıb milyonlarla dollar qazananda 25 yaşında idi.

ABŞ-ın ən böyük media şirkətlərindən AOL-in keçmiş rəhbəri Leonsis, "Washington Wizards" ilə bərabər, qadın basketbol liqası WNBA komandalarından "Washington Mystics" və milli xokkey liqasından "Washington Capitals"ın də sahibidir.

Eləcə də bax: “Əgər yatsan, arzularını yuxuda görərsən”- Uğur hekayəsi

Eləcə də bax: "Təcrübə puldan əvvəl gəlir" - UĞUR HEKAYƏSİ

Eləcə də bax: Steve Jobs-un xətaları və uğursuzluqları

Eləcə də bax: "Uğura inan, öz biznesinə başla" - BİZNES QİRAƏT

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272