BİZNES

“Azərsun”un 25%-i dövlətə keçdi
17 İYUN
1067

“Azərsun”un 25%-i dövlətə keçdi

2016-06-17 11:05:00

Azərbaycan İnvestisiya Şirkəti, “Azərsun İstehsal və Logistika” şirkətindən 25% iştirak payının əldə edilməsilə bağlı müqavilə imzalayıb. Fins.az “Marja”-ya istinadən xəbər verir ki, bu barədə “Azərsun Holdinq”in aylıq bületenində məlumat verilib.

“Azərsun İstehsal və Logistika” Qazaxıstanın  Aktau şəhərində fəaliyyət göstərən logistika mərkəzinə sahibdir. Logistika anbarı hər birinin sahəsi 5000 m2 olan quru və soyuq anbardan, digər infrastrukturdan ibarətdir.

Azərbaycanda istehsal olunan sənaye, ərzaq və kənd təsərrüfatı məhsullarının Qazaxıstana, Qazaxıstanda istehsal olunan məhsulların isə Azərbaycana ixracı bu Logistika Mərkəzi vasitəsilə reallaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272