BİZNES

Rusiya sərhədində yenə gərginlik-AÇIQLAMA
17 İYUN
288

Rusiya sərhədində yenə gərginlik-AÇIQLAMA

2016-06-17 09:07:00

Federal Xidmətin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycandan Rusiya Federasiyasına daxil olan Dağıstan Respublikasına 45 kiloqram gilas keçməli imiş. Lakin "Yaraq-Kazmalyar" buraxılış məntəqəsində gilaslarda qurd aşkar edildiyindən, onlar Rusiyaya buraxılmayıb. 

“Rosselxoznadzor”un Dağıstan bölməsinin məlumatında deyilir ki, meyvəni ölkəyə gətirən sahibkar Rusiya Federasiyasının cinayət məcəlləsinin "Karantin məhsulların siyahısında idxal və ixrac qaydalarını pozması" maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub. 

Bundan əvvəl də bu ilin martında “Rosselxoznadzor” Ermənistandan və Azərbaycandan gələn meyvə-tərəvəzlərin artmasına görə narahat idi. Adıçəkilən idarə Rusiyada Azərbaycan səfirliyinin ticarət məsələləri üzrə məsləhətçisi Şövqi Mehdizadə və Ermənistanın ticarət üzrə nümayəndəsi Karen Asoyanla telekonfrans keçirib.

Şövqi Mehdizadə bildirib ki, Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracının artmış həcmi Rusiya bazarında əvvəllər həmin yeri tutmuş Türkiyə məhsullarının yerinə Azərbaycandan əlavə məhsulların cəlb olunması ilə bağlıdır. Ticarət məsələləri üzrə məsləhətçi həmçinin qeyd edib ki, onlar yoxlamalar üçün "Rosselxoznadzor" nümayəndə heyətini qəbul etməyə hazırdırlar. 

Mənbə  ANSPRESS

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272