BİZNES

9 xarici vətəndaşın ölkədən çıxışına qadağa qoyulub – SİYAHI
16 İYUN
455

9 xarici vətəndaşın ölkədən çıxışına qadağa qoyulub – SİYAHI

2016-06-16 12:15:00

Xəbər verildiyi kimi, vergidən yayınma və vergi borcunun ödənilməməsinə görə, bəzi fiziki şəxslərin və hüquqi şəxslərin rəşbərlərinin ölkədən çıxışına qadağa qoyub. Vergilər Nazirliyinin məlumatına görə, bu tədbirlər çərçivəsində 248 fiziki şəxsin, eləcə də 144 şirkətin rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb. Maraqlıdır ki, Azərbaycandan çıxışına məhdudiyət qoyulan şəxslərin sifasında xirici vətəndaşlar da var. 

Fins.az-ın məlumatına görə, fiziki şəxslərdən – GÜNEŞ FATİH MEHMET EMİN və VAİD DEVAN adlı şəxslərin ölkədən çıxışı məhdudlaşdırılıb. 

Eləcə də bax: Azərbaycanda 144 şirkət rəhbərinin ölkədən çıxışına qadağa – SİYAHI

Bundan başqa, vergi borcu olan 7 şirkətin rəhbəri olan xarici vətəndaşlar da  ölkədən çıxa bilməzlər. Həmin şirkətlər və şəxslər bunlardır: 

«ƏNDİŞEYE OMRAN TƏBRİZ" QSC-NİN Azərbaycan Respublikasındakı filialı – Ahandoust Məhəmmədəli

"EMCN YAPI ENDÜSTRİYEL İNŞAAT SANAYİ VE TİCARET" MMC - Coşkun Nihat 

"E 27" MMC - Xabelaşvili Giorgi

"MARS TECH" MMC - Utkin Sergey

"LİNDNER" MMC - Petersen Henrik 

«KEMONIKS INTERNEYŞNL, İNK» Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi - Smodlaka Krajnoviç Morana

"EFFENDİ İNTERNATİONAL GROUP İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ"NİN Azərbaycan Respublikasındakı nümayəndəliyi - Omariyeva Emina Xanım.

Eləcə də bax: Bu şəxslərin xaricə çıxışına qadağa qoyuldu – SİYAHI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270