BİZNES

Azərbaycanda azalma olan sahələr – SİYAHI
16 İYUN
352

Azərbaycanda azalma olan sahələr – SİYAHI

2016-06-16 11:30:00

Xəbər verildiyi kimi, yanvar-may aylarında Azərbaycanda iqtisadi geriləmə baş verib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ilk 5 ayda iqtisdi geriləmə 4,2% olub. Fins.az komitənin məlumatlarına əsasən bu müddət ərzində artım və azalma olan sahələri açıqlayır.

Sənaye müəssisələri

və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-may aylarında 12,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz az sənaye məhsulu istehsal edilib.

Eləcə də bax: Azərbaycanın sosial-iqtisadi göstəriciləri – YANVAR-MAY, 2016

Azalmaya səbəb xam neft hasilatının 0,7 faiz, qaz hasilatının 9,9 faiz, elektrik enerjisi istehsalının 6,8 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması olub. Mədənçıxarma sektorunda məhsul istehsalı 0,3 faiz azalıb.

Sənayedə artım olan sahələr

İlk 5 ayda emal sektorunda qida məhsullarının istehsalı 3,0 faiz, içkilərin istehsalı 6,2 faiz, tütün məmulatlarının istehsalı 33,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,9 dəfə, geyim istehsalı 0,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 17,0 faiz, hazır metal məmulatlarının istehsalı 18,6 faiz, elektrik avadanlıqlarının istehsalı 54,8 faiz, kompyuter və elektron məhsullarının istehsalı 3,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,0 dəfə artıb.

Sənayedə azama olan sahələr

Əvəzində dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 73,6 faiz, kağız və karton istehsalı 6,0 faiz, poliqrafiya məhsullarının istehsalı 7,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 18,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,6 faiz, tikinti materiallarının istehsalı 26,2 faiz, metallurgiya məhsullarının istehsalı 9,4 faiz, maşın və avadanlıqların istehsalı 29,3 faiz, mebel istehsalı isə 8,3 faiz azalıb.

Enerji sektorunda vəziyyət DSK-nin məlumatlarına görə, ilk 5 ayda Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8 faiz azalıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,5 faiz artmış, neft sektorunda isə 0,8 faiz azalıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyun 2016-cı il vəziyyətinə 347,8 milyon manatlıq hazır məhsul olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275