BİZNES

600 ildir şəhərin ən varlı ailəsidir
14 İYUN
1970

600 ildir şəhərin ən varlı ailəsidir

2016-06-14 18:04:00

İtaliyanın Florensiya şəhərinin ən varlı ailələrinin siyahısı 1427-ci ildən bəri dəyişmir. Florensiyada ən varlı ailələr artıq uzun illərdir ki, daha dəqiq desək – düz 600 ildir ki, həyatdan zövq alırlar. Fins.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu, iki italyan iqtisadçısı: Gilyermo Barone və Sauro Moçettinin araşdırmaları nəticəsində məlum olub.

Tədqiqatçılar florensiyalı vergi ödəyicilərinin 1427 və 2011-i illərdəki məlumatlarını müqayisə və analiz edərək bu nəticəyə gəliblər:

«Məlum olub ki, hazırda şəhərin ən varlı vergi ödəyiciləri elə 6 əsr əvvəl də sosial-iqtisadi nərdivanın ən yüksək pilləsində olublar». Tədqiqat prosesi zamanı nadir məlumatları öyrənmək mümkün olub: 1427-ci il üzrə vergi ödəyiciləri haqqında məlumatlar elektronlaşdırılaraq iqtisadi mobilliyin uzunmüddətli tendensiyasının nümayiş etdirilməsi məqsədilə onlayn-resursa yerləşdirilib.

Hərçənd tədqiqatçıların özləri ailə vəsaitlərinin analizi zamanı bəzi yanlışlıqların ortaya çıxdığını etiraf edirlər. Belə ki, İtaliyada soyadlar regionlara bağlıdır və eyni regiondan olan eyni soyadlı ailələr yanlışlıqla bir ailə kimi təqdim oluna bilər. 6 əsr əvvəl sosial-iqtisadi nərdivanın ən üst pilləsində olan ailələr hazırki vergi ödəyicilərindən də çox qazanırlar.

Ən varlı ailələr daha nüfuzlu iş yerlərində çalışırdılar, aşağı təbəqədən olan ailələr isə daha az hörmətli peşələrdə və orta gəlirdən daha aşağı gəlirlərlə çalışırdılar. Əlbəttə, heç kimə sirr deyil ki, ailələr öz sərvətini övladlarına ötürməyə çalışır, lakin yenə də, bu qədər mühasirələrə, Napoleonun İtaliyadakı kampaniyalarına, Benito Mussolininin diktaturasına və iki dünya müharibəsinə rəğmən, ailələrin sərvətlərini necə qoruyub saxladığı təəccüblüdür. Əvvəllər britaniyalı tədqiqatçılar da Britaniyada ailə statusunun 8 əsrdən çox və ya 28 nəsil saxlanıldığını sübut etmişdilər. Belə hallar Mao sülaləsi dövründən bəri yüksək statusunu qoruyan Çin elitası ailələrində də baş verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274