BİZNES

«Sənə dediyimi eləmisən?» - AZƏRBAYCANDA YENİ STARTAP
14 İYUN
470

«Sənə dediyimi eləmisən?» - AZƏRBAYCANDA YENİ STARTAP

2016-06-14 14:17:00

Azərbaycanda yeni startap layihəsinə başlanılır. Fins.az-ın məlumatına görə, «Flapus» adlanan layihə orqanayzer təyinatlı mobil tətbiqin yaradılmasını nəzərdə tutur. Layihə müəlliflərinin planlarına görə, cəmi il yarıma tətbiqin istifadəçilərinin sayı yarım milyonu keçəcək. Layihənin rəhbəri Murad Ələkbərov fins.az-a bildirib ki, «Flapus» layihəsi orqanayzer funksiyası göstərəcək. Qeyd edək ki, hazırda belə tətbiqlər mövcuddur və onlar geniş istifadə edilir. Söhbət wunderlist, evernote, to do list kimi planlaşdırma proqramlarından gedir.

«İşlərimizin 60%-ni başqaları təyin edir»

M.Ələkbərovun sözlərinə görə, yeni prqoqramın bunlardan prinsipial fərqi var: «Hazırda mövxud olan proqramlar insanlara işlərini təşkil etməkdə kömək edir, amma bunlar imkan vermir ki, insanlar bir-birinə tapşırıq versinlər. Məsələ bundadır ki, hər gün etdiymiz işlərin 60%-ni özümüz müəyyənəşdirmirik. Bunlar başqa adamların tapşırıqları və xahişləri olur. Bəzən adamlar bu tapşırıqları yaddan çıxarırlar. Belə məsələlər tez-tez baş verir». «Flapus» layihəsi isə bu boşluğu aradan qaldırmalıdır. Proqramda təkcə istifadəçinin özünün planlaşdırdığı işlər yox, ona başqaları tərəfindən tapşırılar və həvalə edilən planlar da olacaq. Yeni layihənin digərlərindən daha bir fərqi qeydiyat üsuludur – indiyədək belə layihələrdə qeydiyyat üçün elektron ünvan (e-mail) tələb olunurdu. «Flapus» layihəsində isə qeydiyyat sadəcə telefon nömrəsi vasitəsilə aparılır. M.Ələkbərovun sözlərinə görə, artıq proqramın Android versiyası hazırdır və 2 min nəfər istifadəçisi var, bunlardan 600-ü aktivdir: «İlin sonunadək daha çox texniki məsələləri həll edib 10 minə çatdırmaq niyyətindəyik».

«Türkiyə və Braziliya bazarına çıxacağıq»

İşlər nəzərdə tutulduğu kimi getsə, 2017-ci ilin sonuna qədər «Flapus»un istifadəçilərinin sayı yarım milyona çatacaq. Amma layihə müəllifləri istifadəçilərin böyük əksəriyyətini Azərbaycandan yox, xaricdən gözləyirlər. M.Ələkbərovun sözlərinə görə, şirkət xarici ölkələrin bazarına daxil olmağı planlaşdırır. Bunun üçün həmin sahədə ən sürətli inkişafa malik olan Rusiya, Braziliyə və Türkiyə bazarları nəzərdə tutulur.

350 min dollar lazımdır

Hazırda komandanın qarşısında duran əsas məsələ startapa yeni investisiyaların cəlb edilməsidir. İndiyədək layihəyə 30 min dollara yaxın investiçiya yatırılıb. Ümumilikdə isə «Flapus»un tam maliyyələşdirilməsi üçün 350 min dollar tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272