BİZNES

Marketinq: Satışların artımı üçün endirim və aksiya ideyaları
13 İYUN
155

Marketinq: Satışların artımı üçün endirim və aksiya ideyaları

2016-06-13 09:29:00

Müddətli endirim – endirim bu növü əvvəlcədən təyin edilmiş müddət ərzində həyata keçirilir. Bu alıcılar üçün stimul xarakteri daşıyır, belə ki, müştərilər müəyyən zamandan sonra sərfəli təklifin bitəcəyini anlayırlar.

Bir günlük endirim – ilk baxışdan yuxarıda qeyd edilən müddətli endirimi xatırlada bilər. Lakin bir günlük endirim digərinə nisbətən müştərilər üzərində daha böyük təsirə malikdir. Bu ümumilikdə əlaə alış-veriş stimulyatorudur. “Yalnızca bu gün!” ifadəsinin təsirinə düşməyən müştəri çətin ki, tapılsın.

Bir məhsul üçün nəzərdə tutulmuş endirim: bu endirim ideyasının mahiyyəti aydındır. Sərfəli qiymət yalnızca bir məhsul üçün təyin edilir. Əksər hallarda bu endirim müddət ilə məhdudlaşdırılır.

Müəyyən məbləğə qədər alış-veriş etdikdə edilən endirim – pərakəndə ticarətin klassik üsulu. Endirim istəyirsinizsə təyin edilən müəyyən məbləğ dəyərində alış-veriş edin.

Fərdi endirim – kupon endirimin ən məşhur formatından biridir. Bu endirimi sizə poçtla göndərə, sadəcə qəzetdən kəsib götürməyinizi tələb edə və yaxud küçədə təqdim edə bilərlər.

İnternetdən alış-veriş edərkən təklif edilən endirim – internet mağazada qiymətlər daha cəlbedici ola bilər. Bu üsulun faydalarını şərh etməyə ehtiyac yoxdur.

Situativ endirim – özünüzə qış üşün gödəkçə almağı planlaşdırdığınızda bəzi satıcılar həmin məhsulu indicə almağınız qarşılığında endirim təklif edə bilərlər.

Konkret qruplar üçün nəzərdə tutulmuş endirim – apteklərdə “təqaüdçülər üçün endirim” və yaxud kinoteatrlarda “tələbələr üçün endirim” yazısına rast gəlmisinizmi?!

Partnyor endirimləri – adətən şəbəkə satışları zamanı istifadə edilir. Məhsullarınızı tanıdacaq və məsləhət görəcək partnyor tapırsınız və qeyd edilən xidmətləri qarşılığında onun özünə sərfəli şərtlərlə öz məhsulunuzun alıcısı olmasını təklif edirsiniz.

İlk alış-veriş üçün edilən endirim – adətən əcnəbi internet mağazalar tərəfindən hər bir yeni qeydiyyatdan keçən müştəriyə təklif edilir və  təbrik məktubu ilə ilk alış-veriş endirimini göndərirlər.

Abunəlik endirimi: adətən xidmətlər üçün aktualdır və ən parlaq nümunə olaraq fitnes klubları və hovuzları göstərmək olar. Əgər fitnes klubun və yaxud hovuzun xidmətlərindən bir dəfə istifadə edirsinizsə bu zaman standart qiymət təklif edilir. Lakin bunun əvəzində sözügedən xidmətlərə daha sərfəli şərtlərlə abunə olmaq şansınız da var. Bu zaman endirim həcmi şirkətin müştəri siyasətindən asılı olaraq dəyişə bilər.

Əlavə (bonus) endirimi – bu zaman hər hansı mağazanın özünəməxsus diskont kartına sahib olsanız belə, mağaza əlavə endirimlər də təklif edir. Düzdür, burada məhsul qrupları üzrə məhdudiyyətlər mövcuddur.

Mövsümdənkənar endirim – mövsümi xarakterli məhsullara tətbiq edilir. Məsələn, üst geyimi. Sizin də fərqində olduğunuz kimi, yaz və yay aylarında isti geyimlərin qiyməti ucuz olur. Adətən bu zaman endirimdə təklif edilən məhsullar öz mövsümü ərzində satılmayan məhsullar olur.

Klub endirimi: bu zaman klub endirim kartını əldə edirsiniz və kartdan klubun proqramına daxil olan müxtəlif müəssisələrdə endirimdən yararlanırsınız.

Mənbə: Banker

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271