BİZNES

Cəbhə bölgəsində zavodlar açılacaq
09 İYUN
451

Cəbhə bölgəsində zavodlar açılacaq

2016-06-09 09:47:00

Qarabağ bölgəsi əsas iqtisadi zonalardan birinə çevrilir. Ağdam rayonunda “Qarabağ” sənaye məhəlləsi yaradılacaq.

Fins.az-ın “Marja”-ya istinadən verdiyi məlumata görə, sənaye məhəlləsi “RR” şirkətlər qrupu tərəfindən tikiləcəkdir.

Sənaye məhəlləsində meyvə şirələrinin istehsalı və satışı üzrə müəssisəi, astar istehsalı və satışı müəssisəsi, “Qarabağ” tikiş fabriki, “Qarabağ” təchizat bazası, beton məmulatları zavodu, “Qarabağ” mehmanxanası, “Qarabağ” ət məhsulları zavodu, çörək zavodu, taraların istehsalı zavodu, “Qarabağ” konserv zavodu, kərpic zavodu, cəbhə kərpicinin istehsalı üzrə müəssisə, ticarət mərkəzi, polifer ştapel fiber lifi məhsullarının istehsalı zavodu, xalça və kilim istehsalı fabriki fəaliyyət göstərəcək.

“Qarabağ” sənaye məhəlləsində 1500-2000 iş yerinin açılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274