BİZNES

İnvestor üçün pomada - ƏN QƏRİBƏ BİRJA İNDEKSİ
08 İYUN
325

İnvestor üçün pomada - ƏN QƏRİBƏ BİRJA İNDEKSİ

2016-06-08 11:05:00

«Dodaq boyası indeksi» bu dəfə bazarın yuxarı seqmentində geri qayıtdı 

“Dodaq boyası indeksi” terminini Leonard Lauder ixtira edib. O, 2001-ci il böhran zaman “Estée Lauder” İdarə Heyətinin sədri vəzifəsini icarə edirdi. Onun sözlərinə görə həmin ilin payızında dodaq boyasının satışı artmışdı. Leonard bundan nəticə çıxararaq fikirləşdi ki, böhran (qeyri-müəyyənlik) zamanı qadınlar daha ciddi xərcləri azaldaraq, kosmetikanı münasib əyləncə vasitəsi kimi alırlar.   

Son vaxtlar bu tezis yenidən aktuallaşıb. Qadın “Louis Vuitton”dan çanta almamışdan öncə 3 dəfə düşünəcək, ancaq böyük məmnuniyyətlə “Christian Dior”dan kosmetika alacaq.

Luks mallar (saatlar, paltarlar, aksessuarlar) bazarında artım azalır, premium-seqmentində kosmetika, bədənə qayğı üçün məhsullar və ətirlər bazarında isə əksinə artım var. 

Gözəlliyin qiyməti

Bu il luks kosmetika uğurla luks malları üstələyir

Luks mallar kateqoriyasına evlər, maşınlar və s. bu kimilər daxil deyil. 2016-cı il üçün olan məlumatlar sabit məzənnə kursu zamanının proqnozlarıdır.

Mənbə: Bain, Altagamma, Exane BNP Paribas, Euromonitor 

Bu ilin I kvartalında premium məhsullar dünya kosmetika satışı sahəsinin lideri olan “L`Oreal” şirkətinin ən sürətlə artan kateqoriyası oldu. “Estée Lauder” şirkətinin artımları isə kütləvi bazar brendlərini geridə qoyaraq, elitar seqmentdə aparıcı rola sahib oldu. 

Bahadırsa – yaxşıdır

Keyfiyyətli kosmetika, ətir və dəriyə qulluq üçün məhsullara olan dünya üzrə tələbat sürətlə artaraq, mass-marketinq məhsullarının artımını üstələyir. 

Mənbə: Euromonitor

Ətirlər bazarında da eyni vəziyyətin şahidi olmaq olar. Məhşurların brendləri və kütləvi seqmentdən fərqli olaraq, premium ətirlərin satışı sürətlə artır. Kosmetik maddələrin istehsalı ilə məşğul olan “Givaudan” şirkəti, keyfiyyətli ətirlər sahəsində son iki ilin ən böyük artım göstəricisi əldə etdiyi haqqında məlumat verib – 10.1% 

Bu nəticə bir neçə faktorların cəmindən irəli gəlib. Luks malların son durumu çinli istehlakçıların təmkini və ABŞ-da tələbin azalmasının nəticəsidir. Gözəllik sənayesinin yuxarı seqmenti (o, hətta kütləvi bazarın müştərilərini belə özünə tərəf çəkir) innovativ həllərin və “selfi nəslinin” tələblərinin çoxalması hesabına artır. 

Pərakəndə bazarın landşaftı artıq dəyişib və geyimdə yeni dəb tendensiyaları qadınları öz qarderoblarını yeniləməyə vadar edir. Buna qədər ən son böyük yenilik dalğası, 10 il bundan öncə dar cinslərin çıxdığı zaman baş vermişdi. 

Gözəllik sənayesi isə əksinə - qadınların binagə qala bilmədikləri kontur makiyajı kimi texnoloji innovasiyalar tez-tez peydə olurlar. Bunun nəticəsində qadınlar kosmetikaya daha çox pul xərcləyir. Ola bilər ki, bu paltar alış-verişi üçün nəzərədə tutulmuş pulun hesabına baş verir. 

Alış – veriş səviyyəsinin artımına əsasən 20-30 yaşlı qadınlardan ibarət “Instagram” və vidoe-bloqlara olan dəb də təsir edir. İlk olaraq innovasiyalar bahalı məhsullara tətbiq olunur, amma onun kütləvi seqmentə çatmasını oturub, gözləmək olmaz. Selfini artıq bu dəqiqə çəkmək lazımdır. 

Artımla ilhamlanaraq bu seqment üçün yeni dəb brendləri bazara daxil olurlar. Onlardən bəziləri “Gucci”, “Christian Louboutin” və “Burberry”.  Bununla onlar öz brendlərinə qarşı bir növ sadiqliyi tərbiyə edir, bir müddət sonra alıcıları daha bahalı məhsullara yönləndirir. 

Lakin “Dodaq boyası indeksi”  eyni zamanda həyəcan (təhlükə) işarəsidir. Bir qayda olaraq əgər imkanlı alıcılar belə gələcək haqqında düşünərək, qənaət etməyə çalışırlarsa, dəri məhsulları və başqa bu kimi bahalı mallar sahəsinin bərpasını gözləməyə dəyməz. 

Son il ərzində Bloomberg Intelligence (BI) luks mallar indeksində qiymət&keyfiyyət münasibəti azalıb və bu indeksin artımına təsir göstərə biləcək faktorlar üfiqdə görünmür. 

Digər tərəfdən gözəllik sənayesinə yatırım etməklə riskləri hedcinq etmək mümkündür.

Ona görə də bu gün üçün səhimləri BI luks mallar indeksi ilə ayaqlaşan LVMH şirkəti daha yaxşı nəticə göstərməlidir. Onun biznesinin yetərincə böyük bir hissəsi ətirlər və özünə qayğı məhsullarından təşkil olunub. Bu onun I kvartal üçün ümumi satışlarının 14.1%  hissəsi təşkil edib. Sürətlə artan “Sephora” pərakəndə kosmetika şəbəkəsi də bu konsernə aiddir. “Exane BNP Paribas” investisiya şirkətinin analitiklərin sözlərinə görə “Sephora” pərakəndə gözəllik sahəsi bu il ərzində bütün qrupa 18% gəlir gətirə bilər. 

Öz növbəsində “Hermes” brendi I kvartal üçün ona 5% gəlir gətirmiş ətir biznesini genişləndirmək qərarına gəlib. Bundan əlavə şirkət alıcılarını “Apple”-la tərəfdaşlıq çərşivəsində istehsal etdiyi “ağıllı saat”la təəccübləndirə bilib. 

Qısa olaraq Leonard Lauder haqqlı idi: "Çətin vaxtda dodaq boyası çox dəyərlidir".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274