BİZNES

«Akkord»un sahibləri toplaşa bilmədi
08 İYUN
272

«Akkord»un sahibləri toplaşa bilmədi

2016-06-08 09:57:00

«Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin səhmdarlarının 1 iyun tarixinə keçirilməsi nəzərdə tutulan ümumi yığıncağı baş tutmayıb. Fins.az-ın məlumatına görə, bu barədə şirkətdən bildirilib. Yığıncağın baş tutmamasının səbəbi səhmlərin 60%-nə sahib olan səhmdarın yığıncaqda iştirak etməməsidir. Nəticədə yetərsay alınmayıb və iclas səlahiyyətli sayılmayıb.

Şirkət səhmdarlarının yeni ümumi yığıncağını iyulun 15-ə təyin edib. Şirkətin Müşahidə Şurasının bununla ayıqlamasında bildirilir:

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin səhmdarlarının 1 iyun 2016-cı il saat 11:00-a təyin olunmuş növbəti illik ümumi yığıncağı illik hesabatın təqdim olunmadığı, illik ümumi yığıncaqda səsli səhmlərin altmış faizinin sahibləri iştirak etmədiyi üçün yetərsay olmadığı və bu səbəbdən iclas səlahiyyətli hesab edilmədiyi üçün səhmdarların illik ümumi yığıncağının növbəti iclası 15 iyul 2016-cı il saat 11:00-a təyin olunur. İclas Bakı şəhəri, Ağa Nemətulla küçəsi, məhəllə 1937 ünvanında, cəmiyyətin inzibati binasında keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyinə aşağıdakılar daxildir:

1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi;

2. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi;

3. Cari məsələlər».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270