BİZNES

“Pasha Holding”in iki şirkətinin kapitalı artırılıb
07 İYUN
329

“Pasha Holding”in iki şirkətinin kapitalı artırılıb

2016-06-07 18:51:00

“Pasha Development” MMC və “Absheron Hotel Group” MMC-nin nizamnamə kapitalı 5 mln manat artırılıb. Fins.az-ın "Turan"a istinadən məlumatına görə, Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrinin məlumatına görə, 5 mln manat artımdan sonra “Pasha Development” MMC-nin kapitalı 291 mln 273,9 min manata çatıb. İlkin olaraq (iyun 2012-ci il) şirkətin kapitalına 16 mln manat qoyulmuşdu. “Absheron Hotel Group” MMC-nin kapitalı isə 36,5 mln manata çatıb.

Qeyd edək ki, hər iki şirkətdə “Pasha Holding” 100% paya malikdir. “Pasha Development” MMC Azərbaycanda və xaricdə daşınmaz əmlak əldə etmək və idarə etməklə məşğuldur. 

“Absheron Hotel Group” MMC bu otellərdən ibarət daşınmaz əmlak portfelinə nəzarət edir: Park Chalet, Pik Palace Shahdag, Boulevard Hotel Baku, Intourist, Dinamo Hotel Baku və Samaxi Palace Sharadil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275