BİZNES

Özəl tibb müəssisələrində yoxlamalar aparılacaq
07 İYUN
219

Özəl tibb müəssisələrində yoxlamalar aparılacaq

2016-06-07 17:40:00

"Bu gün Azərbaycanda yüzlərlə özəl tibb müəssisəsi var. Səhiyyə Nazirliyi tərəfindən özəl tibb müəssisələrinin işlərinin standartlara uyğun şəkildə aparılmasına daim diqqət yetirilir". Fins.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycan Tibb Müəssisələri Assosiasiyasının sədri Rauf Ağayev deyib. 

R. Ağayev bildirib ki, özəl tibb müəssisələrinin bəziləri kiçik, bəziləri isə böyükdür. R.Ağayev qeyd edib ki, yeni yaradılan assosiasiya tərəfindən özəl tibb müəssisələri ilə bağlı monitorinqlər aparılaraq, bu yöndə Səhiyyə Nazirliyinə dəstək veriləcək: “Tibbi xidməti keyfiyyətli təşkil etmək bizim xidmətin əsas məqsədidir. Pasiyentlərin hüquqlarının qorunması da mühüm məsələdir. Dünyada bir neçə keyfiyyət standartı var. Bunlar həm pasiyentin hüquqlarının qorunması, həm də tibbi xidmətin yüksək səviyyədə təşkili ilə bağlıdır. Artıq Azərbaycanda beynəlxalq sertifikatların alınması üzrə işlər aparılır. Bir sıra müəssisələr bu sertifikatı almağa qadirdir. Amma bu istiqamətdə müxtəlif işlər aparılmalıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272