BİZNES

Azərbaycanda «Holland pendiri» buraxılacaq
07 İYUN
428

Azərbaycanda «Holland pendiri» buraxılacaq

2016-06-07 09:47:00

“Biz, Azərbaycanda südçülük, meyvə-tərəvəz istehsalı, suvarma və peşə təhsili sahələrinə diqqətin ayrılmasında maraqlıyıq”. Fins.az-ın məlumatına görə, bu sözləri, Niderlandın Azərbaycandakı səfiri, Robert Jan Qabrielse deyib. Səfir həmçinin Hollandiya şirkətlərinin Azərbaycanda pendir istehsal edən şirkətin yaradılmasında maraqlı olduğunu qeyd edib.

Səfir, Hollandiyanın bilavasitə Avropa İttifaqı vasitəsilə Azərbaycanda kənd təsərrüfatının inkşafı üçün addımlar atmaq niyyətində olduğunu bildirib: “Elektron kənd təsərrüffatı layihəsi, torpaq sahələrinin qeydiyyatı və kənd təsərrüfatı məlumat bazalarının yerləşdirilməsi kimi layihələr Azərbaycan üçün çox önəmlidir. Bu layihələr tam olaraq Avropa İttifaqının dəstəyi ilə həyata keçiriləcək” deyə səfir əlavə edib. “Biz eyni zamanda digər sahələrə də texniki yardımın göstərilməsinin tərəfdarıyıq.”

“Niderlandın tam olaraq Azərbaycana birbaşa yardım göstərməsi iqtisadi göstəricilərə əsasən mümkün deyil. Çünki biz Azərbaycanı orta gəlirli ölkə hesab edirik, yəni Niderland yalnız aşağı gəlirli dövlətlərə birbaşa yardım göstərir. O cümlədən Avropa İttifaqı çərçivəsində Azərbaycanla istənilən tərəfdaşlığa (təcrübə bölgüsü vəs.) hazırıq.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272