BİZNES

Böhran zamanı hansı bizneslə məşğul olmaq sərfəlidir?
07 İYUN
502

Böhran zamanı hansı bizneslə məşğul olmaq sərfəlidir?

2016-06-07 08:16:00

 Böhran zamanı insanlar qənaət etməyə və ehtiyat olaraq yığdıqları əmanətləri qorumağa çalışırlar. Bunun da nəticəsi olaraq, yeni biznes yaratmaq planından çəkinməyə başlayırlar. Lakin artıq böhrandan əziyyət çəkmiş, işini və yaxud mənzilini itirmiş bir şəxs üçün yeni biznes – pul qazanmaq üçün yeganə imkandır. Bu zaman ən optimal variant – böyük xərc tələb etməyən, evdən idarə edilən biznesin yaradılmasıdır.

 

Beləliklə, böhran zamanı biznes yaratmaq üçün ən məqsədəuyğun variantlar aşağıdakılardır?

Qida biznesi:

Böhran zamanı müraciət etməli olduğunuz sahələrdən bəlkə də ən başlıcası qida ilə əlaqəli olan biznesdir. Belə ki, iqtisadi böhrandan asılı olmayaraq insanlar yemək və içməyə davam edəcəklər. Bu zaman sahibkarın əsas məqsədi cari kütlənin əsas üstünlük verdiyi məhsulları təyin etmək və məhsul üçün düzgün qiymət təyin etməkdən ibarət olmalıdır. Belə ki, qeyd edilən bu iki cəhət potensial müştərilərin əksəriyyəti üçün əlçatan olmalıdır. Əgər biznesi evdən idarə edəcəksinizsə, mətbəxinizdə hansı qidanı hazırlayacağınızı təyin edin və satışlara başlayın.

Maliyyə məsləhətçisi:

Hazırda bir çox insanın öz maliyyə məsələlərini həll etməkdə çətinlik çəkdiyi bir zamanda onlar bu məsələyə düzgün yanaşmanı öyrədəcək bir şəxsin köməyinə ehtiyac duyarlar. Sahibkarlar gözlənilmədən yaranan maliyyə problemlərinin öhdəsindən gəlmək, fərdi şəxslər isə öz büdcələrini məqsədəuyğun şəkildə təşkil etmək, investorlar isə yatırımlarını qorumaq və enən bazarda yeni imkanlar tapmaq üçün məsləhət axtarışındadırlar.

Avtotəmir:

Böhran zamanında bir qayda olaraq əksər insanlar bahalı əşya almaqdan imtina edirlər və sözsüz ki, avtomobil də burada istisna deyil. Bunun əvəzində isə əksər insanlar əsas diqqəti köhnə avtomobillərinin texniki baxışdan keçirilməsinə və onların təmirinə əsas diqqət ayırırlar. Avtomobil təmiri isə kifayət qədər antiböhran biznes variantıdır. Bu cəhətdən, böhran potensial sahibkarlar üçün çoxlu sayda imkanlar yaradır.

Virtual köməkçi:

Şirkətlər böhran zamanı ofisin kirayəyə götürülməsi ilə bağlı xərcləri azaltmağa qərar verdiyi andan etibarən bu variant fəal olaraq inkişaf etməyə başladı. Virtual köməkçi bütün işləri online olaraq icra edir və lazımi tapşırıqları elektron poçt vasitəsilə əldə edir. Şirkətlər ilə yanaşı, ştat işçiləri baxımından qənaət etmək istəyən fərdi sahibkarlar da belə mütəxəssislərin köməyinə ehtiyac duyurlar. Bu az xərcli və böhrana dayanıqlı biznesdir.

Satış üzrə köməkçi:

Böhran zamanı bir çox insan müəyyən miqdarda gəlir əldə etmək üçün sahib olduqları lazımsız əşyaları satmağa çalışırlar. eBay və s. bu kimi məşhur saytlarda bu cür əşyalardan ibarət böyük hərrac mövcuddur. Lakin heç də hər kəs bu hərracların iş prinsipindən xəbərdardır. Beləliklə, bu cür insanlar birbaşa olaraq satış üzrə köməkçinin xidmətlərindən istifadə etməyə ehtiyac duyur. Hazırda bu cür köməkçilərə tələbat böyükdür.

Bloglar və saytlar:

Evdən idarə edilən biznesin növlərindən biri də blog və yaxud saytın idarə edilməsidir. Bu zaman sizdən tələb olunan əsas cəhət odur ki, blog üçün seçilmiş mövzu dəqiq və konkret, auditoriya isə dəqiq olaraq seçilmiş olmalıdır. Bloggerlər bir qayda olaraq reklam vasitəsilə gəlir əldə edirlər.

Təhsil kursları:

Böhran vəziyyətinə baxmayaraq, övladlarının təhsili valideynlər üçün hər zaman prioritet məsələ olaraq qalır. Uşaqlar məktəbə getməyə davam edir, valideynlər isə dərsdən əlavə məşğələlər üçün müəllimlər axtarışındadır. Bundan əlavə, əmək bazarının sərt şərtləri fonunda böyüklər üçün də bir sıra təhsil və təlim kurslarına tələbat artmaqdadır. Bu səbəbdən də, bu variant potensial gəlirli biznes nümunəsi xarakteri daşıyır.

banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272