BİZNES

“Baltika-Bakı” Vergilər Nazirliyi ilə aksiz vergisini müzakirə edib
03 İYUN
377

“Baltika-Bakı” Vergilər Nazirliyi ilə aksiz vergisini müzakirə edib

2016-06-03 17:59:00

İyun ayının 3-də Vergilər Nazirliyində “Baltika-Bakı” MMC-nin rəhbərliyi ilə görüş keçirilib.

Görüşdə vergilər nazirinin müavini İlkin Vəliyev Azərbaycanda qeyri-neft sektorunun davamlı inkişafı üçün görülən işlər, müşahidə olunan iqtisadi çətinliklər dövründə Azərbaycanın büdcə-vergi siyasətində və vergi sistemində aparılan islahatların əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, son dövrlərdə vergi sistemində həyata keçirilən struktur və inzibatçılıq sahəsindəki islahatlar, aksiz markası ilə markalanmalı olan spirtli içki və tütün məmulatlarının nağdsız dövriyyəsinin həyata keçirilməsi ilə bağlı vergi qanunvericiliyinə edilən dəyişikliklər vergi yığımları üzrə proqnozların tam həcmdə icra edilməsinə yönəlib.  

Görüşdə “Baltika-Bakı” şirkətinin Azərbaycandakı fəaliyyəti, 2015-2016-cı illərdə şirkət tərəfindən dövlət büdcəsinə ödənilmiş vergilər, biznesin gələcəkdə də uğurla inkişaf etməsi üçün görülməli olan işlər, müəssisənin pivə istehsalında rolu, aksiz siyasəti, aksiz markası ilə markalanmalı olan malların nağdsız ödəmə yolu ilə satışı ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklər və s. məsələlər  müzakirə olunub.

“Baltika-Bakı” və “Carlsberg Kazakhstan”nın baş direktoru cənab Viktor Semak ölkədə biznesin inkişafı üçün yaradılan əlverişli mühitdən daim yararlandıqlarını bildirib. Şirkət öz fəaliyyətini  istehsalın və satışın genişləndirilməsi istiqamətində qurub və nümunəvi vergi ödəyicisi kimi daim öz vergilərini vaxtlı vaxtında dövlət büdəsinə ödəyib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275