BİZNES

Bakı Olimpiya Stadionu şirkət oldu
03 İYUN
745

Bakı Olimpiya Stadionu şirkət oldu

2016-06-03 09:19:00

Bakı Olimpiya Stadionu hüquqi şəxs statusu alıb. Bu barədə Vergilər Nazirliyinin mətbu orqanı iyunun 1-də məlumat yayıb.

“Bakı Olimpiya Stadionu” MMC-nin nizamnamə kapitalı 500 mln. manat müəyyən edilib. Bu idman obyektinin tikintisinə SOCAR 710 mln dollar vəsait qoyub.

Stadion Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına müddətsiz istifadəyə verilib, deyə stadionun mətbuat xidmətində bildiriblər. Təsis sənədlərində təsisçi kimi Əmlak Məsələləri Dövlət Komitəsi göstərilib.

“Bakı Olimpiya Stadionu” MMC-nin idarəetmə aparatı 15 nəfərdən ibarətdir. Cari sanitar və başqa xidmətlərlə 30 nəfər məşğuldur. Stadionun mühafizəsinə 50 nəfər cəlb edilib. Bundan başqa, texniki və elektrik xidmətlərinin göstərilməsi üçün “Orion” şirkəti ilə müqavilə bağlanılıb.

Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev əvvəllər AFFA marketinq və reklam departamentinə rəhbərlik edib.

Bakı Olimpiya Stadionunda 68,7 min oturacaq yeri var. Stadion 2015-ci ilin martında istismara verilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272