BİZNES

Böyüklərə meydan oxuyan balaca milyonçular - SİYAHI
01 İYUN
387

Böyüklərə meydan oxuyan balaca milyonçular - SİYAHI

2016-06-01 14:02:00

Milyonçu olmaq istəyirsiniz? Onda siz işin sirrini bu 10 balaca milyonçudan öyrənə bilərsiniz.

Bu dəfə fins.az sizə bank hesabı açmağa yaşı çatmayıb amma biznes qurub milyonlar qazanan balacalardan danışacaq. Bu o balacalardır ki, hətta qanuni yolla avtomobil idarə etməyə ixtiyarları yoxdur. Bu 10 balaca bizə “Ağıl yaşda deyil, başdadır” ifadəsinin doğruluğunu sübut edəcək. Fins.az dünyanın ən zəngin 10 balaca milyonçusunu təqdim edir.

10. Jordan Maron AKA Captain Sparklez

Jordan Maron öz hobbisini milyonlar gətirən mənbəyə çevirən yeniyetmələrdən biridir. Hələ 18 yaşı olmazdan əvvəl, o, Captain Sparklez adlı YouTube kanalını yaratdı. Kanal animasiyalar, musiqi videoları, video oyun və s. ilə məşhurdur. Hazırda videolarının milyonlarla daimi izləyicisi və milyardlarla baxış sayı olan Jordan dünyanın ən məhşur YouTuberlərindəndir. 

9. Nick D’Aloisio

Nick əsas maraq dairəsi internetdə videolarla necə davranmağı (yaratmaq, yükləmək və s.)öyrətmək olan yeniyetmə proqramçıdır. Proqramçılıq sahəsində ixtisaslaşdıqdan sonra hələ 12 yaşında olarkən o, ilk applikasiyasını yaratdı. Daha sonra, 15 yaşında olarkən o, Trimit adlı nəhəng məqalələri qısa xülasələrə çevirən ( 1000 kəlməni 140 kəlməyə qədər azaldan) applikasiya yaratdı. Nickin bu potensialını görən Honk-Konqlu milyarder applikasiyanı daha da təkmilləşdirmək üçün  ona 300.000 dollar verir. Applikasiya sonradan Summly adını aldı. Yahoo bu layihə üçün Nickə 30 milyon dollar ödəyib. Həmçinin, bu yenitməyə şirkətdə vəzifə də təklif edilib. 

8. Fraser Doherty

Fraser nənəsinin mürəbbə reseptlərini sataraq özünün, 1.2 mln. Dollarlıq, SuperJam şirkətinin əsasını qoydu. O, əvvəlcə reseptləri fermerlərə satmağa başladı. Daha sonra o resepti daha da təkmilləşdirdi və Şotlandiyanın ən böyük supermarketlər şəbəkəsi olan Waitrose(184 filialı olan)  ilə əməkdaşlığa başladı. Sonralar bu məhsul ölkənin yerdə qalan supermarketlərinə və dünyanın digər ölkələrinə yayılmağa başladı. Fraserin SuperJam-ını  “Iconic Scottish Brand.” adlandırırdlar. 

7. Ashley Qualls

15 yaşlı Ashley öz sinif yoldaşları üçün, MySpace və digər sosial şəbəkələrdə daha özəlləşdirilmiş maketlərdən istifadə edə biləcəkləri xidmət istifadəyə verdi. Sayta giriş sayı aybaay artdıqca o, Google Adsense-ə qoşuldu. Hazırda 7 milyona yaxın insan hər ay onun saytına baxır və öz məhsullaırnı satırlar.

6. Cameron Johnson

Johnson biznes fəaliyyətinə hələ 5 yaşı olarkən, qapı-qapı düşərək tərəvəz satmaqla başlayıb. 9 yaşında ikən “Cheers and Tears” adlı təbrik açıqcaları satan şirkət yaradır. Nəyahət 14 yaşında SurfingPrizes.com adlanan internet reklam saytını yaratdı. 15 yaşında artıq, Johnsonun aylıq gəliri 400.000 min dolları ötürdü. 

5. Jon Koon

Hələ lap erkən yaşda Jon “Extreme Performance Motorsports” adlı avto-hissələrin satışı ilə məşğul olan mağaza açır. Kollec illərində isə o öz biznesini dünyanın 20 ölkəsinə yayaraq genişləndirdi. Baxmayaraq ki, Jon öz ilk milyard dollarını 30 yaşında ikən qazanıb. Amma o, öz biznes uğurunu 16 yaşında olarkən əldə etməyə başlayıb. 

4. Robert Nay

Roberti möcüzə adlandırsaq yanılmarıq. 14 yaşlı Nay kodlaşdırma təcrübəsi olmadan, milyonlar qazanıb. O, bu təcrübəni kitabxanada köhnə üsullarla öyrənib. 1 ay keçmədən Nay Bubble Ball adlı oyunu üçün 4000-dən çox kod tərtib etdi. Apple ilə əməkdaşlıq edərək, bu applikasiyanı yükləməyi pulsuz etdi . 2 həftə keçməmiş Bubble Ball milyonlarla dəfə yüklənərək ağlasığmaz dərəcədə məşhurluq qazandı.

3. Adam Hildreth

Hildreth 14 yaşında ikən, yeniyetmələr üçün Dubit Limited adlı sosial şəbəkə saytını istifadəyə verdi. Yarandığı ilk dövrlərdə Dubit Limited Britaniyanın ən məşhur 18yaşa qədər şəxlərin sosial şəbəkəsi idi. Hazırda isə, veb sayt şirkətlərə gənclər üçün məhsulu necə istehsal etmək və satmaq barədə məsləhətlər verməklə məşğuldur.  Adamın Crisp Thinking adlı yeni layihəsi isə, uşaqları onlayn qoruyan texnologiya üzərində işləyir.

2. Sean Belnick

14 yaşlı Sean Belnick, öz biznesinə 500 dollarlıq sərmayə qoyaraq bizchair.com-u yaratdı. O, bu 500 dolları çəmənlik biçmək və Pokemon açıqcalarını satmaqla qazanmışdı. 16 yaşında olarkən isə o, milyonçuya çevrildi. Seanın şirkəti o qədər böyüdü ki, Corciya ştatındakı baş qərargahı 70 akrlıq ərazini əhatə edir.

1. Chris Phillips

Chris 17 yaşı olanda özünün dot5hosting-ni yaratdı və 2 il sonra , bir milyon dollardan çox pul qazandı. İllər keçdikdə şirkət daha da böyüyərək, daha çox və zəngin xidmətlər təklif etməyə başladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272