BİZNES

Banan idxalı 35% azalıb
28 MAY
585

Banan idxalı 35% azalıb

2016-05-28 10:03:00

Bu ilin birinci rübündə Ekvadordan Azərbaycana 4371,5 ton banan gətirilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 35% azdır. Fins.az xəbər verir ki, həcmin azalmasının səbəbləri açıqlanmır. Ekspertlər ehtimal edirlər ki, bunun əsas səbəbi toy mərasimlərinin sayının azalmasıdır. Belə ki, əgər 2015-ci ilin yanvar-mart aylarında 17 min nikah qeydə alınmışdısa, bu ilin həmin dövründə 14,2 min nikah qeydə alınıb. Banan Azərbaycan toylarında meyvə desertinin ayrılmaz hissəsidir. Bundan əlavə, əhalinin alıcılıq qabiliyyəti də zəifləyib. Hazırda bananın pərakəndə qiyməti 1 kiloqrama görə 3 manata yaxındır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, birinci rübdə bananın idxalına 4 mln. ABŞ dollarına yaxın xərclənib ki, bu da 2015-ci ilin müfaviq dövründə olduğundan 2,4 mln. dollar azdır.

Azərbaycana banan idxalı ilə Britaniya kapitallı “Asadov Capital” şirkəti məşğul olur.

2015-ci ildə Azərbaycana banan idxalı 19,6 min ton (18,3 mln. dollar) təşkil edib.

Mənbə: "Turan"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272