BİZNES

Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının təqdim edilməsi qaydası dəyişib
27 MAY
230

Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının təqdim edilməsi qaydası dəyişib

2016-05-27 09:31:00

Nazirlər Kabineti “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edib. 

Fins.az-ın APA-ya istinadən məlumatına görə, Qaydaya əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. 

İndiyə qədər kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə verilib. Dəyişikliyə əsasən isə bundan sonra investisiya fondları və onların idarəçiləri istisna olmaqla, Kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə, investisiya fondlarının və onların idarəçilərinin məlumatları isə Maliyyə Bazarlarına Nəzarət Palatasına veriləcək. 

İndiyə qədər maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının siyahısını Vergilər Nazirliyi ildə bir dəfə mart ayının 31-dək Maliyyə Nazirliyinə təqdim edib. Dəyişikliyə əsasən isə bundan sonra Vergilər Nazirliyi ildə bir dəfə mart ayının 31-dək maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (investisiya fondları və onların idarəçiləri istisna olmaqla) siyahısını Maliyyə Nazirliyinə, investisiya fondlarının və onların idarəçilərinin siyahısını isə Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270