BİZNES

Şirkətin Bakı Vergilər Departamentinə qarşı şikayəti təmin edilib
26 MAY 2016
283

Şirkətin Bakı Vergilər Departamentinə qarşı şikayəti təmin edilib

2016-05-26 10:27:00

Bakı Apellyasiya Məhkəməsində “Mace İnternational Limited” şirkətinin Azərbaycandakı filialı Vergilər Nazirliyinin Bakı Vergilər Departamentinə qarşı şikayətinə baxılıb. 

Fins.az-ın APA-ya istinadən məlumatına görə, məhkəmə şikayəti təmin edib. 

Qeyd edək ki, filial departament tərəfindən verilən qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. İddia təmin olunmayıb. Apeılyasiya şikayəti həmin qərardan verilib. Şikayətdə qərarın ləğvi və iddianın təmin olunması istənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7025
  • € EUR
    1.8495
  • ₽ RUB
    0.0299