BİZNES

“Yahoo!” şirkətinin dəyəri açıqlandı
24 MAY
324

“Yahoo!” şirkətinin dəyəri açıqlandı

2016-05-24 16:46:00

“Yahoo!”nun internet biznesini əldə etmək istəyənlərin bəziləri, “Verizon Communications” korporasiyası da daxil olmaqla, bu şirkətə 2-3 milyard dollar təklif etmək niyyətindədirlər. 

Fins.az-ın məlumatına görə, “Yahoo!” şirkəti isə daha böyük məbləğə iddialıdır. Apreldə bildirilirdi ki, biznesin satışından 4-8 milyard dollar cəlb etmək niyyətindədirlər.

Ancaq bəzi korporasiyalar 3 milyard dollardan da artıq məbləğ təklif etməyə hazırdırlar. Məlumdur ki, bəzi şirkətlər biznesin bir hissəsi ilə maraqlanırlar. 
 
Hərraclar çərçivəsində “Yahoo!” investorlar üçün öz biznesinin təqdimatını keçirdikdən sonra bu kompaniyanı almağa namizəd olan bəzi şirkətlər təkliflərini azaldıblar.  

Mənbə: Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275