BİZNES

«İşçiləri ixtisar etməli olacağıq» - ŞİRKƏTDƏN DÖVLƏT QURUMLARINA MÜRACİƏT
24 MAY
1928

«İşçiləri ixtisar etməli olacağıq» - ŞİRKƏTDƏN DÖVLƏT QURUMLARINA MÜRACİƏT

2016-05-24 10:40:00

Azərbaycanın ən böyük pivə istehsalçısı –«Baltika-Bakı» şirkəti «Azərsu» ASC-yə və İqtisadiyyat Nazirliyinə müraciət edərək suyun qiyməti ilə bağlı Tarif Şurasının qərarına yenidən baxmağa çağırıb. Şirkətin dövlət qurumlarına üvnanladığı məktubda bildirilir ki, əks halda şirkətin məhsullarının qiyməti arta, işçilərinin bir hissəsi ixtisar edilə bilər.

Qeyd edək ki, “Carlsberg Group”-un hissəsi olan «Baltika-Bakı» şirkəti Xırdalan pivə zavodunun sahibidir və Azərbaycan pivə bazarının 75%-nə nəzarət edir. 

Eləcə də bax: Tarif Şurasından "pivənin qiyməti" açıqlaması

«Baltika-Bakı»nın dövlət qurumlarına ünvanladığı məlumatda bildirilir ki, 2008-ci ildən etibarən Xırdalan pivə zavodu “Baltika” şirkətinə məxsusdur və hazırda Azərbaycanın qeyri-neft sektorunun ən böyük müəssisələrindən biridir: «Baltika-Bakı» şirkətinə də mənfi təsir göstərən ağır makro-iqtisadi duruma baxmayaraq, şirkət Respublikanın yüzlərlə vətəndaşını (eləcə də sosial müdafiə olunan vətəndaşları) işlə təmin edir və hər il dövlət büdcəsinə 20 milyon manat həcmində stabil vergi ödəyir»-deyə məktubda bildiriir.     

Məktubda qeyd olunub ki, ölkədəki iqtisadi vəziyyətə görə, hələ suyun qiymətinin artmasından əvvəl də şirkətin işində çətinliklər başlayıb: «Ötən 2015-ci il ərzində şirkətin satış həcmlərində 20%, 2016-cı ilin ilk rübündə ötən ilin eyni dövrünə nisbətən 30% isə eniş müşahidə olunub. Belə nəticənin əsas səbəbi iqtisadi vəziyyətlə əlaqədar əhalinin alıcı qüvvəsinin düşməsi, eləcə də aksiz markası ilə markalanmalı malların nağd satışını qadağan edən qanunun qüvvəyə minməsindən yaranan çətinliklərlə bağlıdır».

Eləcə də bax: Pivə istehsalçısı suyun bahalaşmasından narazıdır

Tarif Şurasının suyun qiyməti ilə bağlı sonuncu qərarı isə pivə şirkətinin vəziyyətini daha da çətinləşdirib: «Azərbaycan Tarif Şurası iclasının nəticələrinə görə 16 may 2016-cı  ildən etibarən su təchizatı və tullantı sularının axıdılması üzrə yeni tariflərin qüvvəyə minməsi və bu tariflərə uyğun istifadə məqsədindən asılı olmayaraq tarif fərqlərinin ləğv edilməsi qərarı  “Baltika-Bakı” şirkəti üçün yeni ağır sınaq olacaq».

Şirkət bildirir ki, indiyədək mövcud olan tariflər «Baltika-Bakı»nın qismən də olsa normal fəaliyyətinə imkan verirdi. Yeni tariflərdən sonra isə vəziyyət dəyişib, şirkət böyük çətinləklərlə üzləşib: «Yeni qərara qədər texniki suyun 1 kubmetri 1 AZN, birbaşa məhsulun istehsalında istifadə edilən suyun yəni istehsal suyunun isə 1 kubmetri 12 AZN idi.  Bu isə şirkətə qiymətləri tənzimləmək imkanı verirdi. Şirkətdə istifadə olunan suyun 75%-i texniki və yalnız 25% istehsal suyudur və yeni tarif sistemi ilə “Baltika-Bakı”  həm istehsal, həm də texniki su üçün 8 AZN-lik standart tarif üzrə ödəniş etmək məcburiyyətində qalacaq, bu nəticə etibarı ilə şirkətin illik istehsal xərcləri 420 min AZN artıracaq».   

Eləcə də bax: Azərbaycanda pivə satışı azalıb – “ÇƏTİNLİKLƏRİMİZ VAR”

Xərclərin bu səbəblə artması, məhsulun maya dəyərinin artmasına təsir göstərəcək. Beləcə, şirkət biznesin rentabelliyini qorumaq üçün məhsulun istehlak qiymətini qaldırmağa məcbur qalacaq, bu da öz növbəsində satış həcminin düşməsinə, işçilərinin ixtisarına gətirib çıxaracaq: «Beləliklə, suyun qiymətinin dəyişdirilməsi əslində biznes yükünü artırır və Azərbaycan Respublikasının qeyri-neft sektorunun inkişafı üzrə dövlət siyasəti ilə ziddiyyət təşkil edir»-deyə məktubda bildirilir.   

“Baltika-Bakı” şirkəti sonda, istehsal və texniki su üçün müxtəlif tarifləri saxlanılmasını təklif edib: «Yuxarıda qeyd edilənlərlə əlaqədar, xahiş edirəm yeni tarif sistemi ilə bağlı qərarınıza yenidən baxasınız, və istehsal və texniki su üçün müxtəlif tarifləri saxlayasınız».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272