BİZNES

Tarif Şurasından "pivənin qiyməti" açıqlaması
23 MAY
1295

Tarif Şurasından "pivənin qiyməti" açıqlaması

2016-05-23 08:17:00

Xəbər verdiyimiz kimi Tarif (Qiymət) Şurasının mayın 13-də qəbul etdiyi qərara görə, sudan xammal kimi istifadə edənlər üzrə su təchizatının tarifi istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) əlavə dəyər vergisi (ƏDV) ilə birlikdə 8 manat müəyyən edilib. Fins.az xəbər verir ki, Bununla bağlı mətbuatda 1 litr pivə istehsalı üçün 5 litr sudan istifadə olunduğu, son tarif dəyişikliyindən sonra pivənin ciddi bahalaşacağına dair məlumatlar yayılıb. Tarif Şurası bəyan edib ki, tarif dəyişikliyi yarım litrlik pivənin qiymətinə təqribən 1 qəpik təsir edir. Kolalı içkilərdə isə bu göstərici orta hesabla 0,08 qəpik təşkil edir.

Ümumilikdə, "Azərsu" ASC-nin sudan xammal kimi istifadə edən istehlakçı qrupu üzrə su təchizatı xidmətinin (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarifi 1 litr su üzrə 0,8 qəpik təşkil etməklə yanaşı, son tarif dəyişikliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada içməli sudan texniki məqsədlər üçün istifadə edən müəssisələrin təkrar və dövr edən su təchizatı sisteminə keçmələrini stimullaşdıracaq.

Göründüyü kimi, emal edilmiş sudan xammal kimi istifadə etməklə bir litr içkinin sənaye üsulu ilə istehsalının maya dəyərində suyun xüsusi çəkisi minimal səviyyədə olduğundan tarif dəyişikliyinin qiymətlərə təsiri hiss olunmayacaq dərəcədə aşağıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272