BİZNES

Avtomobillərin sərhəddən keçirilməsi - QAYDALARI DƏYİŞDİ
21 MAY
3944

Avtomobillərin sərhəddən keçirilməsi - QAYDALARI DƏYİŞDİ

2016-05-21 16:03:00

Dövlət sərhədindən avtomobillərin və yüklərin buraxılması qaydaları dəyişib. Fins.az-ın məlumatına görə, prezident İlham Əliyev «Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) haqqında Əsasnamə»yə dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, avtomobillərin və yüklərin sərhəddən buraxılması DSX-nin fəaliyyət istiqamətləri arasından çıxarılıb. Əsasnamənin müvafiq bəndlərinə edilən dəyişikliklərə görə, DSX sərhəddən yalnız şəxslərin buraxılışını həyata keçirir. İndiyədək mövcud olan avtomobillərin və yüklərin buraxılması vəzifələri isə ləğv edilib.

Eləcə də bax: Bu ölkələrdən gətirilən maşından rüsum tutulmur

Bundan başqa, Əsasnaməyə edilən dəyişikliklərə görə, sərhəddən keçən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərini yalnız əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar açıla bilər. Bu zaman həmin proses gömrük orqanları ilə birlikdə aparılmalıdır.

Eləcə də bax: Satılmayan maşınları xaricə aparırlar - 2 QAT QİYMƏTƏ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272