BİZNES

Telman İsmayılov müflis elan edilmədi
19 MAY
437

Telman İsmayılov müflis elan edilmədi

2016-05-19 15:27:00

Moskva vilayətinin Arbitraj Məhkəməsi Çerkizovski bazarının keçmiş sahibi, AST şirkətlər qrupunun yaradıcısı, biznesmen Telman İsmayılovun öz iflası barədə iddiasına baxılmasını iyunun 16-na təxirə salıb. Fins.az xəbər verir ki, məhkəmə vətəndaş Boris Zubkovun iddiası əsasında T.İsmayılovun müflisləşməsini təsdiq edən Moskva Arbitraj Məhkəməsinin qərarını martda ləğv edən 10-cu Arbitraj Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayətlərinə baxılmasını gözləmək məqsədilə dinləmələri ertələyib. Məhkəmə əvvəlki iclasda T.İsmayılovdan kreditorları və borclu olduğu adamların siyahısını, mülkiyyət hüququnu təsdiqləyən sənədlərin surətini və s. sənədləri təqdim etməyi tələb etmişdi.

Mənbə: “Report”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275