BİZNES

Həyətdən necə pul çıxarmaq olar?
17 MAY
537

Həyətdən necə pul çıxarmaq olar?

2016-05-17 15:47:00

Əgər sizin torpaq sahəniz varsa və ondan istifadə etmirsinizsə deməli özünüzü böyük gəlirdən məhrum etmisiniz. Bu dəfə fins.az sizə torpağı qızıla çevirməyin yollarından danışacaq. 

Adətən kənddə yaşayanlar, daha dəqiq desək əkin-biçinlə məşğul olanlar ölkənin ən zəhmətkeş təbəqəsi hesab olunur. Amma fermerlərin zəhmətləri müqabilində əldə etdikləri gəlir aşağı olur və çox vaxt onlar bu qazancla ömürlərinin axırına kimi yaşamağa razılaşırlar. Bu zəhmətkeşlərin gəlirlərini çox zaman hava şəraiti (yağıntı, quraqlıq və s.) müəyyənləşdirir. Amma biz sizə torpaqla bağlı dünyada sınanmış və gəlirlərinizi artıra biləcək üsullardan danışacağıq. Aşağıdakı 10 üsul sizə tez və unikal yolla qazanc əldə etməyə kömək edəcək. 

Müəlicəvi göbələklər becərin

Siz tibbdən istifadə olunmaq üçün və yaxud restoranlara satmaq üçün göbələk yetişdirə bilərsiniz.  Bu bitki adətən istənilən təbii şəraitə tez uyğunlaşır, amma məhsulun nə qədər tez əldə olunması onun növündən də asılıdır. Bəzi növlərdən 15 həftə ərzində məhsul yığmaq mümkündür.  Ziyanla işləməmək üçün ilk növbədə məhsulunuzu çıxaracağınız bazarı (restoran və s.) və sifarişin həcmini dəqiqləşdirməlisiniz. 

Boş sahənizi istirahət zonasına çevirin

Istifadəsiz qalan həyətyanı sahəniz şəhərə nisbətən yaxındırsa və yaxşı coğrafi ərazidə yerləşirsə, bundan yaxşı qazanc götürəcəksiniz. Oranı sadəcə kiçik hamam və tualetlə təchiz etməlisiniz. Son dövrlər həftə sonlarını, eləcə də məzuniyyət günlərini kamplarda keçirmək adət halını alıb. Tozlu və tüstülü Bakıdan müvəqqəti uzaqlaşmaq əksəriyyətin arzusudur. Həmçinin əgər eviniz rayon mərkəzindən biraz uzaqdadısa, özünüz kiçik dükan (market) də aça bilərsiniz. Burada zəruri ərzaq və gündəlik təlabat məhsullarını sataraq əlavə qazanc da götürə bilərsiniz. 

Boş otaqlarınızı səhər yeməyi xidməti ilə birlikdə kirayəyə verin

Əgər sizin istifadə etmədiyiniz otaqlarınız və ya boş anbarınız varsa onları, ilin müvafiq fəsillərində şəhərlilərə kirayə verə bilərsiniz. Şəhərdə doğulub böyüyən insanlar üçün kənd həyatı həmişə cazibədar olub. Onlar hətta sizin heyvanlarınıza pulsuz qayğı göstərə, həmçinin kiçik həyət işlərində sizə kömək edə bilərlər. Bundan başqa siz öz otaqlarınızı səhər yeməyi daxil olmadan hostel kimi qonaqların istifadəsinə verə bilərsiniz. Əgər yaşadığınız yerin yaxınlığında yeni iş yeri açılıbsa və ya yeni  layihəyə start verilibsə, siz işçilərə də bu otaqları kirayəyə verə bilərsiniz. 

İclas və ya toplantı üçün otaqlar təklif edin

Məqsədinizdən asılı olaraq (iclas, dərs otağı, idman məşqləri və s) bu otaqlar gündüz  və axşam saatları, həftə sonları  istifadə oluna bilər. Məsələn bəzi repetitorlar var ki, öz evləri olmadığında şagirdlərin təkidi ilə məktəbdə və ya digər yerlərdə məşğul olurlar. Siz öz boş mənzil və ya otağınızı onlara həftədə bir neçə saatlıq kirayə verə bilərsiniz. Ilk növbədə, otaqları istifadə məqsədindən asılı olaraq, zəruri avadanlıqlar - stol, stul, idman alətləri və s. ilə təchiz etməlisiniz. 

Tilapiya və ya başqa növ balıqlar saxlayıb çoxaldın

Öz həyətinizdə balıq yetişdirib sataraq da gəlir əldə edə bilərsiniz. Bunun üçün yaxşı olardı ki, balıq saxlayacağınız suyun temperaturu 20 C olsun. Əks halda suyu qızdırmaq üçün əlavə xərclər tələb oluna bilər. Ona görə də bu işə başlamazdan əldə edə biləcəyiniz  gəliri və çəkəcəyiniz xərci dəqiq hesablayın.

İnternet vasitəsilə bitki toxumları satın

Əgər qeyri-adi və ya çox tələb olunan çiçək,  meyvə, tərəvəz və s. bitki toxumları becərirsinizsə,  bu məşğuliyyətinizi biznesə çevirin. Indi, insanların çoxu meyvə və tərəvəz alarkən, onların geni dəyişdirilmiş olduğunu düşünürlər. Çünki indi hətta bitki toxumlarının genində belə dəyişiklik edirlər. Buna görə də, siz öz təii üsulla əldə etdiyiniz toxumları haqqında ətraflı məlumat verməklə onlayn sata bilərsiniz. Bu zaman artıq məhsulunuzun tam təbii olması heç kəsdə şübhə oyatmayacaq. 

Öz ərazinizi toy və digər şənliklərin keçirilməsi üçün təklif edin

Hal-hazırda təbiət qoynunda, açıq havada toy etmək trendə çevrilib. Əgər sahəniz yaşıllıq və gül-çiçəklə əhatə olunubsa, onda bir addım öndəsiniz. Bu işə başlamaq üçün təmiz və səliqəli, tualet və hamam otaqları, soyunub geyinmə otaqlarınız olmalıdır. 

Arıçılıqla məşğul olun

Arı pətəkləri saxlamaq, yüksək qazanc götürmək deməkdir. Günümüzdə arı saxlanılması təkcə bal əldə etmək üçün yox, həm də tozlandırmanın stimullaşdırmasına görə faydalıdır. Təmiz bal isə nadir tapıntı hesab olunur.

Qurd və ya soxulcan yetişdirin

Bu peşəkar və həvəskar balıqçıların marağına səbəb ola, onların işinin effektivliyini artıra bilər. Qurd və soxulcanı balıqçı mağazalarına da sata bilərsiniz. Qurdları çəllək və konteynerlərdə bəsləyib artırmaq mümükündür. 

Boş sahənizi  antena, külək turbinləri və günəş panelləri üçün icarəyə verin

Sahəniz yüksəklikdə yerləşirsə, orada internet şirkətlərinin və yaxud mobil operatorların antenalarını yerləşdirməklə, pul qazana bilərsiniz. Həmçinin küləli zonalarda əraziləri olan şəxslərin də  külək turbinlərindən xeyir götürməsi mümkündür. Çünki belə yerlər quraqlıq olduğundan əkinçilik gəlir gətirmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275