BİZNES

Azərbaycan bu məhsulların ixracını artırıb
17 MAY
405

Azərbaycan bu məhsulların ixracını artırıb

2016-05-17 14:51:00

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan ixrac olunan bəzi məhsulların icracı ötən ilin eyni dövrü ilə müqayisədə çox olub. Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, söhbət meyvə-tərəvəz, pambıq iplik, plastmassa və qara metal, eləcə də onlardan hazırlanan məmulatlardan gedir. 

Elecə də bax: Azərbaycan bu məhsulların idxalını artırıb

Belə ki, əgər 2015-ci ilin ilk 4 ayında ölkədən 43,5 milyon dollarlıq meyvə-tərəvəz ixrac olunmuşdusa, bu il bu rəqəm 58,5% artaraq 68,9 milyon dollar olub.

Pambıq iplik ixracı isə 86,7% artıb. Bu məhsul üzrə göstərici 3,3 milyon dollardan 6,1 milyon dollara yüksəlib. 

Plastmassa və ondan hazırlanan məmulatların ixracı 33,9 milyon dollardan 34,5 milyon dollara çatıb.

İxracda ən yüksək dinamika isə qara metal və onlar hazırlanan məmulatlarda qeydə alınıb. Bu məhsulun ixracı 3,7 dəfə artaraq 30,9 milyon dollara çatıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275