BİZNES

Kiçik sahibkarlara dəstək üçün - YENİ ÜSUL TAPILIB
17 MAY
555

Kiçik sahibkarlara dəstək üçün - YENİ ÜSUL TAPILIB

2016-05-17 10:18:00

Azərbaycan hökuməti kiçik sahibkarlıq subyektlərinə dəstəklə bağlı yeni proqram hazırlayır. Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev məlumat verib. Onun sözlərinə görə, proqram kiçik iş adamlarına mini-layihələrin təqdim olunmasını nəzərdə tutur. Bu növ dəstək İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə verilən güzəştli kreditlərə alternativ sayıla bilər.

“Hökumət ekspertlərin iştirakı ilə ölkənin bütün regionlarında sahibkarların seçimini həyata keçirəcək. Məsələn, mütəxəssis rəyi əsasında 60 sahibkardan 30-40-ı seçiləcək. Bunlar o adamlar olacaq ki, öz işlərinin bilirlər və müəyyən bacarıqlara sahibdirlər. Onlarla fərdi müqavilələr bağlanacaq. Dövlət bu insanlara maliyyə dəstəyi verməyəcək, yalnız bir neçə min manatdan on minlərlə manata qədər dəyəri olan hazır layihələr təqdim edəcək” – deyə millət vəkili bildirib.

Onun sözlərinə görə, məsələn, sahibkarlara dövlət mülkiyyətində qalacaq kiçik buynuzlu mal-qara da verilə bilər. Bu heyvanlara satmağa və yaxud kəsməyə icazə verilməyəcək. İş adamları onlardan yalnız bala ala bilərlər.

Ümumiyyətlə, Rüfət Quliyev qeyd edib ki, mini-layihələr bitkiçilik, tərəvəzçilik, bağçılıq heyvanlarlıq və digər sahələri əhatə edəcək. Amma bu, dövlətin biznesin inkişafına dəstək vermək üçün atmaq istədiyi yeganə addım deyil.

Deputatın fikrincə, dövlətin ayırdığı güzəştli kreditlərdən sui-istifadə hallarında yol verilə bilər. Mini-layihələrin icrasında isə belə bir ehtimal yoxdur. Hazır layihələr Azərbaycanda kiçik və orta biznesin inkişafı üçün lokomativ rolunu oynayacaq.

Hazırda Azərbaycanda kiçik və orta sahibkarlar güzəştli kreditləri SKMF, eləcə də Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xətti ilə banklardan və bank olmayan kredit təşkilatlarından alır.

2002-ci ildən bəri Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi də daxil olmaqla bütün vergilərdən azad edilib. 2007-ci ildən bəri isə fermerlərə mineral gübrələri və yanacağı güzəştli qiymətlə əldə etmək imkanı yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275