BİZNES

Cəmi 1 saata karyeranı necə dəyişmək olar?
17 MAY
524

Cəmi 1 saata karyeranı necə dəyişmək olar?

2016-05-17 08:10:00

İşinizi 18:00-da bitirib, 00:00-da yatırsınız. Bu iki zaman kəsiyi arasında qalan vaxtı necə keçirirsiniz?

Həmin 6 saat ərzində gördüyünüz fəaliyyət və məşğuliyyətləriniz misilsiz əhəmiyyətə malikdir.

Bir çox insanlar belə düşünür ki, onların karyerası 8 saatlıq iş çərçivəsində məhdudlaşır və yalnız bu zaman ərzində karyera üçün səy göstərmək lazımdır. İnsanlar yanlış olaraq belə bir fikirdədirlər ki, onların karyera inkişafı müdir və şirkətdən asılıdır. Lakin reallıq belədir ki, əksər insanlar üçün karyeraları sırf olaraq onların özlərindən asılı vəziyyətdədir.

Həyatda irəli gedə bilmədiyinizə görə sahib olduğunuz işi günahlandırmaq olmaz. Həmçinin karyeranızın qayğısına qalmadığına görə işlədiyiniz şirkəti də “qaralamaq” lazım deyil.

Alibaba şirkətinin yaradıcısı, dünyanın ən varlı insanlarından biri çinli Cek Ma həyatınızı və karyeranızı təkmilləşdirməyə və yaxşılığa doğru dəyişməyə kömək edəcək vasitələr haqqında öz təcrübəsindən qaynaqlanan fikirlərini bölüşmüşdür:

Hər axşamınızın məşğul keçməsi çox vacibdir:

“Marketinq” ixtisasına yiyələnsəm də, dizayner olmaq istəyirdim. Bunun məqsədlə layiləndirmə bacarığımı inkişaf etdirmək üçün hər səhər-axşam çalışırdım. Bu mənim çox vaxtımı alırdı. Boss olduqdan sonra dizayn ilə məşğul olmadım və marketinq sahəsinə qayıtdım. Hər axşam uşaqlarım yatdıqdan sonra mən oxumağa və yeni biliklər qazanmağa başladım. Bu məşğuliyyət də mənim çox vaxtımı alırdı, lakin mən zəhmətimin bəhrəsini toplamağa başlamışam.

Əgər mən yalnızca iş saatları ərzində özümü inkişaf etdirsəydim, heç vaxt kreativ direktor və istehsalat üzrə menecer ola bilməzdim. Heç vaxt bu gün olduğu kimi tələbələrə MBA tədrisi verə bilməzdim. Mən yalnızca özümə keçdiyim dərslərə etibar edirəm.

Və tanıdığım uğur qazanmış insanlar mənim getdiyim eyni yolu getmişlər. Mənim bir dostum politologiyanı bitirsə də, sahibkar olmağı arzulayırdı. O özəl şirkətin yaradılması ilə yaxından maraqlanırdı. Nəticədə o şirkət yaratdı və onu baha qiymətə satdı. Bizim kimi insanların gələcəyini 18:00-dan 00:00-a qədər etdiyimiz məşğuliyyətlər təyin edir.

Aydın məsələdir ki, həyat və iş arasında balansı qorumaq mütləqdir. Əgər evlisinizsə hər axşamınızı ailənizlə keçirməlisiniz. Subay olsanız belə, idmana, dostlarla görüşməyə zaman ayırmalısınız. Özünüzə ayırdığınız boş zamanı televizor qarşısında və yaxud sosial şəbəkələrdə boşa sərf etmək məqsədəuyğun deyil.

Çox oxuyun və hər şey dəyişəcək:

Kollecdən tanıdığım bir dostum Alabama ştatında, yoxsul afrikalı ailəsində dünyaya gəlmişdi. O Vest-Pointdə Hərbi akademiyaya qəbul olur və ailəsində kollecə daxil olan ilk şəxs olur. O Harvard universitetində MBA təhsilinə yiyələnmədən əvvəl təcrübəli zabit olur. Mən onunla görüşdükdə onun artıq Kolorado-Springs-də qurulmuş karyerası var idi.

Ondan ən böyük uğurunun nə olduğunu soruşduqda, heç vaxt oxumaqdan vaz keçmədiyini dedi. O belə hesab edir ki, bilik – həyatda istədiyiniz hər bir şeyin açarıdır. Oxumaq sizi əhəmiyyətli dərəcədə inkişaf etdirə və kolleqalarınızdan bir pillə yuxarıda qərarlaşdıra bilər.

 

Entoni Robbins deyib:

 “Gün ərzində hər hansı mövzu üzrə 1 saat oxuyursunuzsa, bir il sonra bu haqda dünyadakı insanların 99,999%-dən daha çox məlumata sahib olacaqsınız”.

Hər axşam kitab oxumaq üçün 30 dəqiqəniz varsa, 1 həftəyə çox rahatlıqla 1 kitab oxuya bilərsiniz. Siz ekspert olmayacaqsınız, lakin kolleqalarınızdan daha çox məlumata sahib olacaqsınız.

Müxtəlif layihələrdə iştirak edin:

Əgər işlədiyiniz şirkət biliklərinizi lazımınca tətbiq etmək şansı yaratmırsa, özünüzə bu imkanı özünüz yaradın. Könüllülük əsaslı layihələrdə iştirak edə bilərsiniz. Bu layihələr sizə şöhrət qazandıra bilər. Komanda ilə işləyərkən cari biliklərinizi bu sahəyə necə tətbiq etməyin mümkünlüyünü və bunun real müştərilərə necə təsir etdiyini anlayacaqsınız.

Son nəticədə tapşırıqları necə yetirməli olduğunuzu, geri əlaqəni necə yaratmaq lazım olduğunu və bundan faydanın götürülməsi yollarını öyrənəcəksiniz. Bu təcrübə şirkətin sizə “bəxş etdiyi” əmək haqqından daha faydalıdır.

Aktiv şəkildə yeni əlaqələr qurun:

Yeni əlaqələr karyera inkişafını sürətləndirə bilər. Əgər kifayət qədər tanışınız yoxdursa, zamanınızın bir hissəsini məhz yeni tanışlar əldə etmək üçün ayırmaq lazımdır.

Əlaqələr sizə bu cəhətlər üzrə kömək edəcək:

  • ağıllı dostlarla ünsiyyət qurmaq və onların fikirlərini öyrənmək;
  • əldə etməyin çətin olduğu məlumat və biliklər haqqında mənbələr əldə etmək;
  • şirkətə potensial əməkdaş tapmaq və yaxud əlavə gəlir qazanmağa kömək.

İş bitdikdən sonra evə və bara yollanmaq əvəzinə hər hansı intellektual kampaniyalara qoşula bilərsiniz. Hər həftə sonunu yeni dostlarla səmərəli şəkildə keçirə bilərsiniz. Nə bilirsiniz, bəlkə gələcək işəgötürəniniz məhz onlardan biridir?!

Əlaqələriniz – karyera sahəsində ən güclü aktivinizdir.

Həyatınızı məhz bu gündən etibarən dəyişməyə başlamaq lazımdır!

18:00-dan 00:00-a qədər evdəsiniz. Fiziki və psixi olaraq yorğun olduğunuz aydındır, lakin bu zaman ərzində istədiyiniz hər şeyi etmək imkanınız var və digərlərinin tapşırıqlarını yerinə yetirmək kimi bir məcburiyyətiniz yoxdur.

Bu zaman beyninizi işdəki kompüterinizi söndürdüyünüz kimi söndürə bilərsiniz. Lakin eyni zamanda ağıllı, güclü və əzmli ola bilərsiniz. Məhz bu gündən başlayın, gün ərzində 1 saat ayırın və bunu edin!

Sizə söz verirəm ki, 1 ildən sonra karyera və həyatınız dəyişəcək.

banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270