BİZNES

Qubada hər yeni iş yeri 9 minə başa gələcək
12 MAY
438

Qubada hər yeni iş yeri 9 minə başa gələcək

2016-05-12 17:04:00

Bu gün İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu Quba rayonunun Barlı kəndində işgüzar forum keçirib. Nazirlikdən fins.az-a verilən məlumata görə, tədbirdə Quba üçün prioritet sayılanixtisaslaşdırılmış “yaşıl market”in, meyvə-tərəvəz emalı zavodunun, intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrəinvestisiya layihələrinin təqdimatı keçirilib. Bu layihələrin 100% dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib. 

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 445 min manat güzəştli kredit verilib. Bu pullar əsasən, heyvandarlıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək və 50-yə yaxın yeni iş yeri açıalacaq. Yəni, bir yeni iş yeri üçün 8900 dollar güzəştli kredit ayrılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272