BİZNES

Sosial media biznesə necə kömək edir? – RƏQƏMLƏR
12 MAY
297

Sosial media biznesə necə kömək edir? – RƏQƏMLƏR

2016-05-12 14:11:00

Sosial şəbəkələrin sürətli inkişafı, digər məqsədlərlə yanaşı, onların biznes məqsədləri üçün də istifadəsinə şərait yaradıb. Amma bu imkandan heç də bütün sahibkarlar yararlanmırlar. ABŞ-da kiçik sahibkarların təcrübəsi göstərir ki, sosial media biznesə həm inkişaf etməkdə, həm də müştəri təbəqəsini cəlb etməkdə mühüm yardım edə bilər. Məhz buna görə, ABŞ-da kiçik şirkətlərin 80%-i öz inkşafları üçün sosial mediadan istifadə edirlər. 

Kiçik biznes digital marketinqdən necə faydalanır?

- Onlardan əksəriyyəti biznes fəaliyyətində bloqqerlik, video və axtarış sistemi optimallaşdırma xidmətini (SEO- Search Engine Optimization) vacib hesab etmir.

Hesabata əsasən son ildə, şirkətlər arasında Instagram, YouTube, Pinterest və Twitter-dən istifadə edənlərin sayı xeyli artıb. Bu üsullarla gəlirlərini artıran şirkətlər kifayət qədərdir.

Kiçik biznes şirkətlərinin 45%-i sosial mediadan potensial müştərilərə məhsul və xidmət satmaq məqsədilə istifadə edirlər.

Facebook ən çox istifadə olunan sosial platforma rolunu qoruyub saxlayır. Halbuki, bu şəbəkənin istifadəçiləri 2015-ci illə müqayisədə azalıb.

- Kiçik şirkətlərin 54%-i qrafik dizayn və veb dizayn işlərinin görülməsi üçün şirkətxarici mütəxəssislərin xidmətindən istifadə edir. 

Sosial şəbəkələrin istifadəçiləri aktivlik necədir?

Statistika dünya üzrə bütün istifadəçiləri nəzərə almaqla hazırlanıb.

- Twitter istifadəçilərinin 64%-i, Facebook istifadəçilərinin 51%-i onlayn izlədikləri brendləriin məhsul və xidmətindən yararlanırlar.

Pinterest istifadəçilərinin 83%-i qadındır və burada ən məşhur kateqoriyalara geyim və qidalar daxildir. Əgər, geyim, qida və s. oxşar məhsulların satışı ilə məşğulsunuzsa onda bu platforma elə məh sizin üçündür.

Hesabat göstərib ki, alıcıların 50%-ə qədəri, alış-verişi sosial şəbəkələrdən aldığları məsləhətlər əsasında edirlər.

Youtube-nin 800 milyonluq aktiv istifadəçisi gün ərzində təxminən 15 dəqiqəni videolara baxmağa sərf edir. Bəs siz niyə öz videounuzu burada yerləşdirməyəsiniz?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275