BİZNES

«Çinar» şokoladı xaricə ixrac ediləcək
12 MAY
454

«Çinar» şokoladı xaricə ixrac ediləcək

2016-05-12 10:26:00

Azərbaycanın məşhur şirniyyat brendi olan «Çinar» şokoladları xarici bazara çıxarılacaq. «Gəncə-Qənnadı» fabrikinin rəhbəri Mahir Abdullayev fins.az-a bildirib ki, sovet dövründən buraxılan məşhur şokolad markası xarici ölkələrə ixracı planlaşdırılır. Hazırda bu məhsulla bağlı Rusiya, Ukraniya və İsraildən müraciətlər edilir. Onun sözlərinə görə, sovet dövründə Azərbaycana gələn ruslar, eyni zamanda xarici ölkələrdə yaşayan azərbaycanlılar bu məhsula maraq göstərirlər: “Hələ sovet dövründən «Çinar» şokoladları Gəncənin brendinə çevrilib. Dadla yanaşı, «Çinar» həm də keçmişi xatırladaraq nostalji hisslər yaradır.Ona görə də bu məhsula indi də tələbat var”. Xarici bazara çıxarılacaq şokoladlar yeni dizaynda və yeni qutuda istehsal ediləcək. M.Abdullayev bildirib ki, hazırda təkliflər üzərində işlənilir.

Yeni mövsümdən, yəni sentyabr ayından etibarən ilkin olaraq bu məhsullar Rusiya və Ukrayna bazarına çıxarılması planlaşdırılır. M.Abdullayev bildirib ki, tələbat olarsa “Çinar”ın digər ölkələrdə də satışı həyata keçirilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274