BİZNES

Fransanın biznes desantı Bakıda – 40 ŞİRKƏT GƏLİB
10 MAY
609

Fransanın biznes desantı Bakıda – 40 ŞİRKƏT GƏLİB

2016-05-10 19:51:00

Fransanın biznes dairələrinin təmsilçilərindən ibarət böyük nmayəndə heyəti Bakıda səfərdədir. Fransanın Azərbaycandakü səfirliyindən fins.a-a verilən məlumata görə, 10-13 may 2016-cı ildə bu ölkənin MEDEF İnternational təşkilatı bank, tikinti, infrastruktur, telekommunikasiya, nəqliyyat, loqistika, şəhər xidmətləri, ətraf mühit, müdafiə, enerji, turizm, consulting, daşınmaz əmlak, kənd təsərrüfatı və qida sənayesi kimi 12 sahəni təmsil edən şirkətlərin, böyük Qrupların və KOM-ların rəhbərlərindən və nümayəndələrindən ibarət 40 nəfərlik heyətlə Bakıya səfər edəcək.

MEDEF İnternational təşkilatının Fransa-Azərbaycan şirkət rəhbərləri şurasının prezidenti və Suez şirkətinin direkor müavini Xanım Mari-Anj Döbonun başçılıq edəcəyi nümayəndə heyətinin Bakıdakı 3 günlük səfəri Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etdiyi dövrdən etibarən bu şuranın aktiv fəaliyyətinin davamı olaraq həyata keçirilir. Sonuncu dəfə, MEDEF İnternational 2014-cü ilin may ayında Fransa Prezidentinin Azərbaycana səfəri zamanı otuz şirkət rəhbəri ilə Bakıya səfər edib.

MEDEF İnternational təşkilatının Frasnsanın özəl sektoru üçün Azərbaycana həyata keçirdiyi sayca 6-cı səfərinin proqramı Fransanın Azərbaycandakı Səfirliyinin dəstəyi və sıx əməkdaşlığı vasitəsilə təşkil olunub. «Bu səfər, şirkətlərə Azərbaycan hakimiyyət orqanlarının yüksək vəzifəli məmurları və onları maraqlandıran əsas dövlət müəssisələrinin rəhbərləri, yerli böyük şirkətlər və ölkədə aktiv fəaliyyət göstərən beynəlxalq maliyyə institutları ilə görüşüb birbaşa müzakirələr aparmaq imkanı verəcək»-deyə məlumatda bildirilir.

MEDEF international nümayəndə heyətinin şərəfinə həmçinin Fransanın Azərbaycandakı səfiri Xanım Orelia Buşez tərəfinən qəbul təşkil ediləcək. Bu, şirkətlərə səfər zamanı başladıqları müzakirələri davam etdirmək və yerli iş adamları ilə yeni əlaqələr qurmaq üçün yeni fürsətlər verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272