BİZNES

Son 17 ilin rekord zərərinə imza atdı
10 MAY
417

Son 17 ilin rekord zərərinə imza atdı

2016-05-10 12:35:00

“Türk Hava Yolları” aviaşirkəti bu ilin 1-ci rübünü 1,24 milyard lirə və yaxud 422 milyon dollar zərərlə başa vurub. Fins.az xəbər verir ki, bu, 1999-cu ildən bəri rekord zərərdir. Halbuki, 2015-ci ilində Türkiyənin milli aviadaşıyıcısı 373 milyon lirə xalis mənfəət əldə etmişdi.

İqtisadçı-ekspertlər “Türk Hava Yolları”nın ziyanla işləməsini Türkiyənin iki qonşusu – İraq və Suriyada müharibə getməsi, ölkə daxilində kürdlərlə münaşiqə yaşanması, eləcə də İstanbul və Ankarada törədilmiş terrok aktları ilə əlaqədar aviaşirkətin xidmətindən istifadə edən xarici turistlərin sayının kəskin azalması ilə izah edir. Ötən il isə aviaşirkət neftin ucuzlaşması hesabına istismar xərclərini azaldaraq mənfəəti çıxmağı bacarmışdı.

“Türk Hava Yolları”nın zərər etməsi onun səhmlərinin ucuzlaşmasına səbəb olub. Aprel ayında şirkətin səhmlərinin qiyməti son 5 ayda ən aşağı həddə düşüb. Buna görə də, qiymətli kağızların təklifi 2009-cu ilin iyul ayından bəri ən yüksək həddə - 145 milyona çatıb.

Aprelin 20-də İstanbul Fond Birjasında “Türk Hava Yolları” da daxil olmaqla 100 şirkətin səhmlərinin qiymətini özündə əks etdirən indeks 6,8% azalıb. Növbəti gün isə birja indeksində daha 1,14% azalma baş verib. Bu isə Türkiyə fond bazarı üçün qırmızı xətt sayılır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275