BİZNES

Sənaye parkında işləyənlərə 5 illik güzəşt
06 MAY
549

Sənaye parkında işləyənlərə 5 illik güzəşt

2016-05-06 16:13:00

Azərbaycanın sənaye parklarının rezidentləri tərəfindən malların idxalı 2016-cı il mayın 1-dən etibarən 5 il müddətinə gömrük rüsumlarından azad edilir.

Fins.az-ın "Trend"ə istinadən məlumatına görə, bu, Milli Məclisin plenar iclasında qəbul edilən "Gömrük tarifləri haqqında" qanuna dəyişikliklərdə nəzərdə tutulur.

Bu gün qəbul edilmiş "Sosial sığorta haqqında" qanuna dəyişikliklərə əsasən, Azərbaycanın sənaye parklarının əcnəbi rezidentləri də 2016-cı il mayın 1-dən etibarən icbari sosial sığorta üzrə ödənişlərdən 5 il müddətinə azad edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274