BİZNES

Yalançı sahibkarlara güzəşt ediləcək
06 MAY
436

Yalançı sahibkarlara güzəşt ediləcək

2016-05-06 15:14:00

Azərbaycanda ilk dəfə yalançı sahibkarlıqla məşğul olanlar inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə, yaxud inzibati xəta nəticəsində əldə etdiyi gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə, inzibati məsuliyyətdən azad olunacaq.

Fins.az-ın APA-ya istinadən məlumatına görə, bu, bu gün Milli Məclisdə qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyəti həyata keçirmək niyyəti olmadan müəssisə və digər hüquqi şəxsin yaradılmasına görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək cərimə nəzərdə tutulub. Məcəlləyə əlavə edilən müddəa isə ilk dəfə bu inzibati xətalara yol verənlərə ziyanı tamamilə ödədikdə, yaxud əldə etdiyi gəliri büdcəyə köçürdükdə güzəşti nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275