BİZNES

Standartlaşdırma Komitəsinin müəssisələri özəlləşdiriləcək
05 MAY
245

Standartlaşdırma Komitəsinin müəssisələri özəlləşdiriləcək

2016-05-05 13:12:00

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) özünün özəlləşdiriləcək müəssisələrinin siyahısını hazırlayıb. Bunu jurnalistlərə SMPDK sədri Ramiz Həsənov bildirib. Onun sözlərinə görə, dövlətə bağlı olmayan və bilavasitə bazarla əlaqəsi olan müəssisələr özəlləşdiriləcək.

Eləcə də bax: Yeni Özəlləşdirmə Proqramı - PREZİDENTƏ TƏQDİM EDİLİB

R. Həsənov qeyd edib ki, bu, məsələn, metrologiya sahəsində sertifikatların verilməsi, kalibrləmə işlərinin aparılması və s. xidmətlər göstərən müəssisələrdir.

Eləcə də bax: Özəlləşmə proqramı dəyişdi- FƏRMAN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275