BİZNES

Biznes ideyası oğrularına - SƏRT CƏZALAR GƏLİR
05 MAY
305

Biznes ideyası oğrularına - SƏRT CƏZALAR GƏLİR

2016-05-05 10:13:00

Azərbaycanda əmtəə nişanlarından qanunsuz istifadə edənlər üçün islah işlərinin müddəti artırılır.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni dəyişikliklərin edilməsi təklif olunur.

Məcəllənin hazırkı variantına görə, özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunması təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurduqda şəxs min manatdan beş min manatadək miqdarda cərimələnir və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda ziyan vurduqda şəxs iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yeni layihədə isə təklif edilir ki, birinci hala görə şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimələnsin və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın.

İkinci hala görə isə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulur.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275