BİZNES

Mətbuat ən çox onlardan yazıb
02 MAY
295

Mətbuat ən çox onlardan yazıb

2016-05-02 13:38:00

"Media Consulting and Services" (MC&S) şirkətinin media monitorinq qrupu aprel ayı üzrə məlumatların hesabatına yekun vurub. Şirkətdən fins.az-a verilən məlumatda deyilir ki, media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  400 on-line media daxil olmaqla  465-dan çox mənbəni izləyib. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. 

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumları təqdim edirik.  Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (822 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bankı (1382 məlumat), sığorta şirkətləri arasında PAŞA Həyat (175 məlumat),  ali məktəblər arasında Bakı Dövlət Universiteti (1411 məlumat),  otel və biznes mərkəzləri  arasında  Excelsior Hotel Baku  (113 məlumat) irəlidədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272