BİZNES

Bir hesabatla 6 milyard dollar irəli düşdü
29 APREL
559

Bir hesabatla 6 milyard dollar irəli düşdü

2016-04-29 18:53:00

Dünyanın və Amerikanın iri internet-riteyllərindən olan “Amazon” şirkəti bu ilin 1-ci rübünə dair maliyyə hesabatını açıqladıqdan sonra onun bazar dəyəri 6 milyard dollar artıb. Fins.az xəbər verir ki, buna səbəb hesabatda şirkətin uğurlu fəaliyyətini özündə əks etdirən maliyyə göstəricilərinin olmasıdır. Son nəticədə “Amazon”un qiyməti 54 milyard dollardaın 60 milyard dollara çatıb. Şirkətin sahibi Ceffa Bezos isə dünyanın varlı adamlarının reytinqindəki 5-ci yerdən 4-cü yerə yüksəlib. Bunun üçün o, Meksikanın telekommunikasiya maqnatı Karlos Slimlə yerini dəyişib.

“Amazon”un açıqladığı maliyyə hesabatına görə, şirkət ilin ilk 3 ayında 513 milyon dollar xalis mənfəət əldə edib. Bu isə analitiklərin proqnozlarından təxminən 2 dəfə çoxdur və indiyə qədər belə rüblük mənfəət olmayıb. Hesabat dövründə “Amazon”un dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 29,1 milyard dollar təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275