BİZNES

Biznes üçün xərcləri azaltmağın - 7 YOLU
29 APREL
437

Biznes üçün xərcləri azaltmağın - 7 YOLU

2016-04-29 14:48:00

Gəlirlərin azalması, iqtisadi aktivliyin zəifləməsi hamını qənaətə vadar edir. Müştəri kütləsinin azalması iş adamlarını xərclərinə daha diqqətlə yanaşmağa, israfçılığa yol verməməyə çağırır.  Amma hətta böhran dövründə olmasa da xərclərin nəzarətdə saxlanması vacibdir, bunsuz rəqiblərin öhdəsindən gəlmək olmaz. Fins.az kiçik və orta biznes sahiblərinə artıq xərclərdən yaxa qurtarmağın yollarını təqdim edir 

1. İlk öncə xərclərinizi müəyyənləşdirin! 

Biznesə başlayar-başlamaz gəlir və xərcləriniz barədə dəqiq qeydlər götürün. Rəqəmlər göz önündə olanda lazımsız israfları müəyyən etmək çətin olmur. Hər həftənin və ya ayın sonunda gəlir və xərclərinizin statistikasını yeniləyin. Hər bir şirkətdə xərclər əsasən 3 istiqamətə -  avadanlıqlar, işçilərin məvacibləri və daimi xərclər (kommunal və s.) ayrılır. Hər üç istiqamət bir-biri ilə sıx bağlıdır. Onlardan birində baş verən dəyişiklik digərinə də təsir edir. 

2. Şirkətinizə frilans və ya müqavilə işçilərini cəlb edin

Bəzi biznes növləri var ki, öhdəliklərin ofisdən kənarda da yerinə yetirilməsi mümkündür. Bu yolla, ofisdə daha çox yerin tutulmasının da qarşını almış olarsınız. Həmçinin, uzunmüddətli işçilərin çoxluğu sığorta və digər xərclərlə yüklənmək deməkdir. 

3. Ofis ləvazimatlarını ikinci dəfə istifadə edin

Yenidən istifadə oluna bilən kağız və printer katricləri ən optimal vasitələrdir. Şrederi (kazğızkəsən aparat) işə salmaq əvəzinə A4 kağızların digər üzlərindən də çap üçün yararlanın.

4.  Elektrik enerjisindən istifadəyə diqqət edin 

Lazım olmadığı təqdirdə ofis işıqlarını və digər elektriklə işləyən avadanlıqları söndürün. Bu yolla enerjiyə 25% qənaət edə bilərsiniz. Ofis daxilində stolüstü komputerlər əvəzinə laptoplaran istifadə edin.  Laptoplar ənənəvilərlə müqayisədə enerjiyə  90% qənaət edir.

5. Vergi strategiyasına yenidən baxın

Verginin xərclərinizə nə dərəcədə təsiri, məşğul olduğunuz biznes növündən asılıdır. Buna görə də yaxşı bir biznes məsləhətçisini işə götürməyiniz vacibdir. Beləcə nəyə sərmayə qoyacağınızı dəqiqləşdirəcəksiniz və vergi yükünüz nisbətən zəifləyəcək.

6.Texnologiyanı işinizin mühüm hissəsinə çevirin

«Bulud» texnologiyasının təklif etdiyi çoxnövlü proqram və funksiyalar sizə daha çox qənaət etməkdə kömək edəcək. Beləcə tələb olunan işçi sayını da minimallaşdıra bilərsiniz. 

7. Telefon xərclərini azaldın

Əməkdaşlarınız və müştərilərinizlə əlaqə saxlayarkən Skype, Google Chat kimi onlayn vasitələrdən istifadə edin. Həmçinin GoToMeeting kimi veb konfransların xidmətindən istifadə etsəniz, yol xərclərinə də qənaət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271