BİZNES

SOCAR Azərbaycanın iş adamlarına – PLANLARINI AÇIQLADI
28 APREL
367

SOCAR Azərbaycanın iş adamlarına – PLANLARINI AÇIQLADI

2016-04-28 08:11:00

Aprelin 27-də Bakıda Dövlət Neft Şirkəti (SOCAR) və Caspian European Club-un (Caspian Business Club) biznes-forumu keçirilib. Fins.az xəbər verir ki, tədbirSOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun iştirakı ilə baş tutub. Biznes-forumda neft-qaz sənayesinin inkişaf perspektivləri və SOCAR-ın Klub şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Çıxış edən Süleyman Qasımov qeyd edib ki, ötən ilin sonunda “Günəşli” yatağının 10-cu platformasında baş vermiş və insan tələfatı, eləcə də hasilatın azalması ilə nəticələnmiş texnogen qəza, həmçinin neftin qiymətinin ucuzlaşması və milli valyutanın devalvasiyası ilə əlaqədar olaraq şirkətlərin maliyyə vəziyyətinin zəifləməsinə səbəb oldu.

“Buna baxmayaraq, biz həm 2015-ci il, həm də 2016-ci ilin birinci rübündə neft və qaz hasilatı üzrə planı yerinə yetirmişik. Bundan əlavə, dövlət büdcəsi qarşısında üzərimizə düşən vəzifələrin öhdəsindən də layiqincə gəlmişik”, - deyə o qeyd edib.

Şirkətin 2016-cı il üçün investisiya proqramında, mədaxil və məxaric smetasında istismar olunan yataqlarda daxili kapital qoyuluşu öz əksini tapıb. “Xüsusən ölkənin qaz tələbatını ödəməkdən ötrü “Bulla-dəniz”, “Ümid”, “Günəşli” yataqlarında qazma proqramını davam etdirmək üçün Azərbaycan Hökumətinin qərarına əsasən bank kreditlərində manat ekvivalentinə üstünlük vermişik”, - deyə S.Qasımov bildirib.

“2015-ci ildə bu yataqlarda quyuların qazması və istismarı üçün ilk tranş 200 milyon manat təşkil etdi”, - deyə o çıxışına davam edib.

S.Qasımovun sözlərinə görə, SOCAR neft-kimya müəssisələrinin rekonstruksiyası məqsədilə Beynəlxalq Bankla 1 milyard 260 milyon manat məbləğində bir sıra müqavilələr imzalayıb. Maliyyələşmə zərurilik dərəcəsi nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir. 69 milyon manat həcmində ilk tranş hazırda əldə olunub və mənimsənilməkdədir. İşlər qrafik üzrə aparılır. Məqsəd neft məhsullarının Avropa standartlarına uyğun istehsalının təmin olunmasıdır. Bununla əlaqədar olaraq, yeni qurğular inşa ediləcək, köhnələr isə təkmilləşdiriləcək. Bundan əlavə, onların məhsuldarlığı da artırılacaq.

O, çıxışı zamanı həmçinin dövlət kreditləri hesabına həyata keçirilən və yekunlaşmaq üzrə olan ölkənin qazlaşdırılması məsələsinə də toxunub. “Həmin proqramı bu il yekunlaşdırmağı düşünürük”, - deyə S.Qasımov vurğulayıb.

Onun fikrincə, hazırda ən mühüm vəzifə neft-qaz hasilatını qoruyub saxlamaq və sabitləşdirmək, imkan daxilində əldə olunan qazın həcmini artırmaqdır.

S.Qasımovun sözlərinə görə, SOCAR-ın xərcləri azaltmaq və ya optimallaşdırmaq yolu ilə gəlirləri artırmaqla bağlı layihələri mövcuddur. Buiş Ernst & Young şirkətiilə əməkdaşlıq çərçivəsində aparılır. “Buiş sayəsində 9 idarə və müəssisədə 705 tədbirhəyatakeçirilibvə hazırdadakeçirilməkdədir. Yekunnəticədə 350 milyonmanataqənaətolunacaq. Təkcə 2015-ciildə 123 milyonmanataqənaətedilib”, - deyə oqeydedib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək SOCAR-ın beynəlxalq şirkətə çevrilməsi istiqamətində də qızğın iş davam etdirilir. Şirkətnəzdində DaxiliAuditvə Risklərin İdarə Olunması institutları yaradılıb. Builin əvvəlində “PricewaterhouseCoopers” şirkətiilə birgə daxilinəzarətsisteminin yaradılması yekunlaşıb. Bununlayanaşı, şirkətdə fəaliyyətgöstərən əməkdaşlarınsayı optimallaşdırılıb. “Beş il əvvəlSOCAR-da 78 min əməkdaş çalışırdısa, 2015-ciildə burəqəm 52,5 minnəfərə yaxınolub. Biz 2016-cı ilyanvarın 1-dən əməkhaqlarının ödənilməsi üzrə yenisistemvə standartlartətbiqetmişik. 5 mindənartıqvəzifə standartları tətbiqolunub. Bustandartlar əməkdaşlarınişini üfüqivə şaquliqiymətləndirməyə imkanverəcək. Nəticədə məvacib 7 kateqoriya üzrə (əməkstajı, təcrübə, peşəkarlıq, fəaliyyətinqiymətləndirilməsivə s.) artacaq. Beləcə, işçilər öziş yerlərində inkişaf üçünmotivasiyaolunacaqlar”, - deyə S.Qasımovsöyləyib.

Vitse-prezident çıxışı zamanı həmçinin SOCAR-ın investisiya layihələrinə də toxunub. Onunsözlərinə görə, 2018-ciildə Türkiyədə “Star” neftemalı zavodununinşası layihəsi üzrə işləryekunlaşacaq. Layihəninsəhmdarları İqtisadiyyatNazirliyi (40%) və SOCAR-dır (60%). Azərbaycantərəfilayihəyə artıq 1,9 milyardhəcmində yatırım yönəldib.

Türkiyədəki Petkim layihəsindən bəhs edərkən S.Qasımov limanın tikintisinin, demək olar ki, yekunlaşdığını bildirib. “Limanınyaxınaylardaaçılışı nəzərdə tutulub”, - deyə oqeydedib.

Prioritet layihələrdən TANAP layihəsi qeyd olunub, “Cənub qaz dəhlizi” şirkətində SOCAR-ın 49% paya sahib olduğu qeyd olunub(51% İqtisadiyyat Nazirliyinə məxsusdur). “Bizilkavroistiqrazları buraxmışıq, bu layihə ilə bağlı heç birmaliyyə problemiyoxdur”, - deyə osöyləyib.

SOCAR-ın investisiyası sayəsindən bəhs edərkən vitse-prezident həmçinin qeyd edib ki, Karbamid zavodunun inşası və “Socar-Polymer” layihəsinin həyata keçirilməsi davam etdiriləcək.

“Borcumuz 6,3 milyard dollar təşkil edir. Biz onu xüsusi həssaslıqla idarə edirik. Borcların böyük hissəsi uzunmüddətlidir. Həmin müddət əsasən 10-15 il təşkil edir”, - deyə S.Qasımov deyib.

Vitse-prezident qeyd edib ki, 2015-ci ilin yekununa görə, Petkim layihəsi çərçivəsində 500 milyon türk lirəsi həcmində balans gəliri əldə olunub. Bu layihə üzrə SOCAR-ın qazandığı dividendlər “Star” neft emalı zavodunun inşasının maliyyələşməsinə və borcların qaytarılmasına yönəldilib.

Vitse-prezident həmçinin SOCAR-dakı struktur islahatlarına da toxunub. Onun sözlərinə görə, geologiya və emal üzrə iki yeni vitse-prezidentin təyinatı daha səmərəli idarəçiliyə yol açacaq.

Biznes-forumda çıxış edən Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, o cümlədən tədbir zamanı Caspian European Club-un (Caspian Business Club) üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərə göstərilən diqqətə görə Süleyman Qasımova minnətdarlığını ifadə edib.

Telman Əliyev Caspian European Club-un (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını qeyd edib. Caspian European Club-un (Caspian Business Club) Sədrinin Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyev olduğu vurğulanıb. Telman Əliyevin sözlərinə görə, təsis olunduğu ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

Вiznes-forum zamanı Süleyman Qasımova Caspian European Club-un (Caspian Business Club) fəxri üzvlük sertifikatı təqdim olunub. Bundan əlavə, Caspian European Club-un (Caspian Business Club) yeni şirkətlərinə - New Technologies JSC, Grata Azerbaijan LLC və SOCAR Polymer-ə də sertifikatlar verilib.

Biznes-forumda şirkət rəhbərləri və səfirlər, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272