BİZNES

İspaniya rəsmisi Azərbaycanda pul qoya biləcəkləri sahələri açıqladı
27 APREL
375

İspaniya rəsmisi Azərbaycanda pul qoya biləcəkləri sahələri açıqladı

2016-04-27 08:25:00

İspaniya şirkətləri Azərbaycanda infrastruktur, neft-kimya və sənaye sahələrində işləməkdə maralıdırlar. Fins.az-ın məlumatına görə, bunu Bakıda Azərbaycan-İspaniya biznes-forumu çərçivəsində İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqalo jurnalistlərə deyib.

O qeyd edib: "Azərbaycanla iqtisadi əlaqələr bizim üçün vacibdir, çünki Azərbaycan Mərkəzi Asiya və Asiya ölkələrinə çıxışdır. Eyni zamanda İspaniya da Azərbaycan üçün Latın Amerikası və Şimalı Afrika ölklərinə çıxış üçün körpüdür".

İspaniyalı nazir bildirib ki, gələn ay İspaniyada növbəti Azərbaycan-İspaniya biznes-forumu keçiriləcək: "Bu, iki ölkə arasında ikinci biznes-forumdur ki, mən burada xarici xarici işlər naziri kimi çıxış edirəm. İlk belə forum 2013-cü ildə olub. Növbəti forum isə İspaniyada bir aydan sonra keçiriləcək".

Mənbə: "Trend"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272